Icma.az
close
up
RU
Ağdamın üç kəndinə köç OLACAQ

Ağdamın üç kəndinə köç OLACAQ

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

REGİONLAR

Ağdamın Sarıcalı, Kəngərli və Xıdırlı kəndləri doğma sakinlərini qarşılamağa hazırlaşır FOTO VİDEO

22.01.2025 [13:02]

A+ A-

Ağdam, 22 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Otuz ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş Ağdam bu gün yenidən qurulur. Böyük Qayıdış proqramı çərçivəsində Ağdam şəhəri ilə yanaşı Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində də genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir, infrastruktur layihələri icra olunur.

Modern.az-ın məlumatına görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi AZƏRTAC-a bildirib ki, Sarıcalı kəndində 203, Kəngərli kəndində 292, Xıdırlı kəndində isə 719 fərdi yaşayış evi inşa edilir. Qeyd edilən hər 3 kənddə fərdi yaşayış evləri ilə yanaşı məktəblər, uşaq bağçaları, klub icma mərkəzləri, bayraq meydanı, bazar kompleksləri, məişət xidməti obyektləri, Ailə Sağlamlıq mərkəzləri, emalatxanalar, çoxfunksiyalı binalar və digər iaşə obyektləri də tikilir. Bu 3 kəndə yaxın vaxtlarda ilk köç planlaşdırılır.

Kəngərli kəndində inşa edilən fərdi yaşayış evlərində daxili tamamlama və xarici bəzək işləri davam edir. Evlərdə Günəş panellərinin, həyətyanı sahələrdə tamet və hasarın quraşdırılması işləri aparılır. Su, qaz və kanalizasiya xəttinin çəkilməsi yekunlaşıb, ev birləşməsi işləri davam edir. Eyni zamanda, kanalizasiya və rabitə quyularının, kabellərin quraşdırılması işləri də görülür. Həmçinin kənddə inşa edilən məktəbin dəmir-beton və daxili bəzək işləri icra edilir. Uşaq bağçasında dəmir-beton işləri yerinə yetirilib, daxili bəzək işləri aparılır. Kəngərli kəndində inşa edilən məktəb 2 mərtəbəli və 484 şagird yerlik, uşaq bağçası isə 120 yerlik olacaq. Çoxfunksiyalı bina, bazar kompleksi və tibb məntəqəsində də dəmir-beton işləri yekunlaşıb.

Sarıcalı kəndində həyətyanı landşaft işləri də yerinə yetiriləcək. Məktəb və bağçanın inşasında dəmir-beton hörgü və bəzək işləri davam edir. Sarıcalı kəndində inşa edilməkdə olan ikimərtəbəli məktəb 360 şagird yerlik, ikimərtəbəli uşaq bağçası isə 100 yerlikdir. Bazar kompleksi və tibb məntəqəsində dəmir-beton işləri yerinə yetirilib. Kənddə su xətinin çəkilişi yekunlaşıb. Qaz və kanalizasiya xətlərinin çəkilməsi işləri davam edir. Evlərə çıxış xətlərinin, kabellərin quraşdırılması və rabitə quyularının quraşdırılması işləri bitmək üzrədir.

Xıdırlı kəndində inşa edilən fərdi yaşayış evlərində daxili tamamlama işləri davam edir. 528 yerlik məktəb binasında artıq son tamamlanma işləri aparılır. Bu məktəb Qırğızıstan tərəfindən inşa edilir. İki yerüstü və bir yeraltı mərtəbədən ibarət olacaq binada 22 kabinet yaradılacaq. Məktəbdə, həmçinin idman və akt zalları, 2 əmək kabineti, kitabxana, fizika, kimya və biologiya laboratoriyaları, 2 informatika kabineti, ilkin hərbi hazırlıq kabineti istifadəyə veriləcək. Həmçinin Xıdırlıda da 120 yerlik uşaq bağçası inşa edilir. Klub İcma Mərkəzi, məişət xidmət obyekti və çoxfunksiyalı binanın inşasında dəmir-beton işləri yerinə yetirilib, daxili və xarici bəzək işləri davam edir. Su, qaz və kanalizasiya xəttinin çəkilməsi, ev birləşməsi işləri davam edir. Həyətyanı kanalizasiya xətti və yağış suları kanalizasiyasının tikintisi, evlərə çıxış xətlərin verilməsi, kabellərin çəkilməsi və rabitə quyularının quraşdırılması işləri də yerinə yetirilib.

Mühəndis Şaiq Məmmədov isə bildirib ki, Xıdırlı kəndinin tikintisi artıq yekunlaşmaq üzrədir. Kənddə inşa edilən 719 fərdi evin bir qismində işlər tam bitib, digərlərində son tamamlama, interyer işləri aparılır. Kənddaxili yolların yaxın günlərdə asfaltlanması nəzərdə tutulur. Kənddə elektrik dirəklərindən istifadə olunmayıb, bütün xətlər yeraltı çəkilib. Evlər inşa olunarkən yüksəkkeyfiyyətli materiallardan, istilik izolyasiyasından istifadə edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Yanvar 2025 21:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see393

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see383

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see336

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see311

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see305

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see244

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see244

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see242

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see239

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see219

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see213

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see210

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see206

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see202

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see201

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see201

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see197

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see197

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see190

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri