Icma.az
close
up
RU
Ağdamın Xıdırlı kəndinə 60 ailə köçürüldü FOTOLAR

Ağdamın Xıdırlı kəndinə 60 ailə köçürüldü FOTOLAR

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Ağdamın Xıdırlı kəndinə növbəti köç yola salındı.

Gununsesi.info xəbər verir ki, kəndə bu dəfəki köçdə 60 ailədən 236 nəfər köçürülüb.

Xıdırlıya qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

“Evimin necə yanması heç vaxt gözümün önündən getmədi”

İxtisasca müəllimə olan Zərifə Allahverdiyeva öz kəndinin ən çətin zamanlarına şahid olduğunu deyir:
“Xıdırlıdan çıxanda mənim 34 yaşım var idi. Yanımda həyat yoldaşım və uşaqlar idi…İndi isə 65 yaşımda yurduma uşaqlarımla birgə qayıdıram. Təəssüf ki, yoldaşım rəhmətə gedib, ona bu günü görmək qismət olmadı.
Kəndimizdən çıxanda çox acılara şahid oldum…Evimin necə yanması heç vaxt gözümün önündən getmədi. İndi qayıdırıq, şükürlər olsun.
Arzum odur ki, öz kəndimizin quruculuq işlərində yaxından iştirak edək”.

Şəhid oğlu olan Elçin Həsənov Xıdırlıdan 3 yaşında ayrılıb.
“Atam Qarabağ döyüşlərində şəhid olub. Onun məzarı hazırda Ağdamdadır. Öz doğma torpağıma qayıdıram, bu, böyük xoşbəxtlikdir”.

“Artıq evimizdəyik deyə biləcəyik”

Amil Qurbanov: “Xıdırlıdan çıxanda 13 yaşım var idi. Övladlarıma Ağdamlı, Xıdırlı günlərdən o qədər danışmışam ki, oranı məndən də çox sevirlər. Artıq evimizdəyik deyə biləcəyik. Bu günü bizə yaşadan hər kəsə təşəkkür edirəm”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 İyul 2025 08:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri