Icma.az
close
up
RU
AğdamXankəndi yolunda işlər nə yerdədir? VİDEO

AğdamXankəndi yolunda işlər nə yerdədir? VİDEO

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası çərçivəsində Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun yenidən qurulması işləri sürətlə davam etdirilir.

Bu barədə "Unikal"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 

Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolu başlanğıcını Bərdə-Ağdam avtomobil yolundan götürür və ümumi uzunluğu 33.6 km təşkil edir.  Sözügedən yolun ilk 11.7 km-lik hissəsi layihə üzrə II texniki dərəcəyə uyğun, qalan 21.9 km-lik hissəsi isə I texniki dərəcəyə uyğun yenidən qurulur. Torpaq yatağının eni müvafiq olaraq 15 və 26.5 metr təşkil edir, hərəkət zolaqlarının sayı isə 2 və 4 zolaqdır. Hər bir istiqamət üzrə çiyinlərin eni 3.75 metrdir.

Hazırda layihə boyu torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun çıxarılması və əvəzində yararlı material verilərək normativ hündürlüyə çatdırılması, yolun genişləndirilərək profilə salınması işləri həyata keçirilməklə yol geyiminin tikintisi aparılır. 

Bundan başqa yol boyu müxtəlif diametrlərə malik düzbucaqlı və dairəvi suötürücü boruların eləcə də keçidlərin tikintisi işləri görülür. Layihədə nəzərdə tutulan 6707 metr uzunluğa malik istinad divarından 3494 metr hissəsi artıq inşa edilib.

Qeyd edilən işlərə paralel olaraq 1 və 3 aşırımlı 5 körpünün inşası da sürətlə davam etdirilir. Körpülər yolun 1.6, 4.4, 7.2, 9.6 və 14-cü km-lik hissələrində inşa edilir. 

Layihə boyu ümumi fiziki tərəqqi 55% təşkil edir.

Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolu bölgədə gediş-gəlişi asanlaşdıracaq, kənd təsərrüfatının, turizmin inkişafına əhəmiyyətli təsir göstərəcək. 

Yol Bərdə istiqamətindən Xankəndi, Şuşa və Laçın şəhərlərinə getmək istəyən sürücü və sərnişinlərin Ağdam şəhərinə daxil olmadan bu yoldan istifadə edərək sürətlə və təhlükəsiz hərəkətlərini davam etdirmələrinə imkan verəcək.



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 Dekabr 2024 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see248

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see239

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see234

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see232

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see231

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see228

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see227

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see227

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see221

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see206

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see205

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see200

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see199

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see196

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see193

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see191

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see191

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see188

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see187

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri