Bratislavaya getmək istəyənlərə xoş xəbər
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ötən gün Avropanın aparıcı aşağıbüdcəli aviaşirkətlərindən biri olan "Wizz Air” Bratislavadan Bakıya ilk birbaşa reysini həyata keçirib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib ki, yeni marşrut aşağıbüdcəli səyahət modelinə üstünlük verən sərnişinlər üçün Mərkəzi Avropaya yeni alternativ təqdim edir və Bratislavanı Bakıdan birbaşa uçuşla əlçatan olan Avropa paytaxtları sırasına əlavə edir.
Dunay sahilində yerləşən Bratislava kompakt tarixi mərkəzi, Bratislava qalası, qastronomiyası və rahat şəhər atmosferi ilə qısa Avropa səfərləri üçün cəlbedici istiqamətdir. Hava limanının şəhər mərkəzindən cəmi 9 km məsafədə yerləşməsi səfəri daha rahat edir.
Bratislavanın Mərkəzi Avropadakı coğrafi mövqeyi marşruta əlavə üstünlük qazandırır. Slovakiyanın paytaxtı Vyanadan təxminən 65 km məsafədə yerləşir və regionun digər şəhərlərinə səyahət planlaşdırmaq üçün də əlverişli başlanğıc nöqtəsidir.
Bakı–Bratislava marşrutu üzrə uçuşlar qış mövsümündə həftədə iki dəfə - çərşənbə və şənbə günləri həyata keçiriləcək. Bakıdan Bratislavaya birbaşa uçuşun müddəti təxminən 4 saat 30 dəqiqədir.
Yeni istiqamət Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişinlər üçün birbaşa uçuş imkanlarını genişləndirmək, fərqli səyahət və tarif seçimləri təqdim etmək, eləcə də Bakının Avropa şəhərləri ilə hava bağlantılarını gücləndirmək istiqamətində həyata keçirdiyi işlərin davamıdır.
Uçuş cədvəli, aviabiletlər, baqaj qaydaları və digər xidmətlər barədə ətraflı məlumatı "Wizz Air” aviaşirkətinin rəsmi satış kanallarından əldə etmək mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 29 Oktyabr 2026 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















