Ağdaş ın baş məşqçisi beş, Mingəçevir in çalışdırıcısı isə iki oyunluq diskvalifikasiya edilib
Icma.az, sport24.az saytına istinadən bildirir.
Azərbaycan II Liqasında çıxış edən "Ağdaş" klubunun baş məşqçisi Ruslan Hüseynov 5 oyunluq diskvalifikasiya olunub. Sport24.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
Mütəxəssisin cəzalanmasına səbəb VIII turda baş tutan "Xankəndi" ilə oyununun fasiləsində hakimi təhqir etməsidir. Qırmızı vərəqə ilə cəzalandırılan Hüseynov hərəkətinə görə 5 oyunluq diskvalifikasiya edilib, "Ağdaş" isə 1000 manat cərimələnib.
"Mingəçevir"in baş məşqçisi Ramiz Məmmədov isə 2 oyunluq cəza alıb. Buna "Şəfa" ilə matçın 63-cü dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alması səbəb olub. Nəticədə mütəxəssisə 2 oyunluq cəza verilib, Mingəçevir təmsilçisi isə 1500 manat ödəməli olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 13 Noyabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















