Icma.az
close
up
RU
Ağdərədə Həsənriz avtomobil yolu yenidən qurulur VİDEO

Ağdərədə Həsənriz avtomobil yolu yenidən qurulur VİDEO

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İşğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun bərpası və vətəndaşların öz doğma torpaqlarına qayıdışının sürətləndirilməsi məqsədilə Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ağdərə rayonunun Ortakənd–Dəmirlər və Həsənriz kənd avtomobil yollarında yenidənqurma işləri aparılır.

Agentlikdən "Unikal"a verilən məlumata görə, layihə çərçivəsində uzunluğu 8,2 km olan Həsənriz avtomobil yolu üzrə köhnə və yararsız asfalt-beton örtüyü frezlənərək kənarlaşdırılıb, yol əsasının yararsız hissələri qazılaraq çıxarılıb və bərpa olunub, əks-dolğu işləri icra edilib. Yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrli suötürücü borular quraşdırılıb.

Hazırda Həsənriz kəndinə gedən və 4-cü texniki dərəcəyə uyğun şəkildə yenidən qurulan yolda asfalt-beton örtüyünün alt layının döşənməsi işləri davam etdirilir. Eyni zamanda, zəruri hissələrdə düzbucaqlı su keçidlərinin tikintisi və təmiri, həmçinin beton küvetlərin inşası da nəzərdə tutulub.

Uzunluğu 6,9 km olan Ortakənd–Dəmirlər avtomobil yolu üzrə də köhnə asfalt-beton örtüyü frezlənərək kənarlaşdırılıb, yol əsasının yararsız hissələri çıxarılıb və əks-dolğu işləri yekunlaşdırılıb. Hazırda yolda su ötürmə qabiliyyətini artırmaq üçün müxtəlif diametrli suötürücü boruların tikintisi, 400 metr uzunluğunda istinad divarının inşası həyata keçirilir. Bundan əlavə, yolun üç hissəsində körpü tipli su keçidlərinin tikintisi nəzərdə tutulub və bu istiqamətdə işlərə artıq başlanılıb.

Hər iki avtomobil yolunda tikinti işləri “İnşaat Norma və Qaydaları”na uyğun olaraq, tərtib olunmuş qrafikə və texnoloji ardıcıllığa riayət edilməklə aparılır. Tikintinin vaxtında başa çatdırılması üçün əraziyə kifayət qədər işçi qüvvəsi və texnika cəlb edilib.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://unikal.az
archiveBu xəbər 23 İyul 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri