Icma.az
close
up
RU
Ağdərədə Həsənriz avtomobil yolu yenidən qurulur VİDEO/FOTO

Ağdərədə Həsənriz avtomobil yolu yenidən qurulur VİDEO/FOTO

Sitat.info saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İşğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun bərpası və vətəndaşların öz doğma torpaqlarına qayıdışının sürətləndirilməsi məqsədilə Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ağdərə rayonunun Ortakənd–Dəmirlər və Həsənriz kənd avtomobil yollarında yenidənqurma işləri aparılır.

Sitat.info xəbər verir ki, layihə çərçivəsində uzunluğu 8,2 km olan Həsənriz avtomobil yolu üzrə köhnə və yararsız asfalt-beton örtüyü frezlənərək kənarlaşdırılıb, yol əsasının yararsız hissələri qazılaraq çıxarılıb və bərpa olunub, əks-dolğu işləri icra edilib. Yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrli suötürücü borular quraşdırılıb.

Hazırda Həsənriz kəndinə gedən və 4-cü texniki dərəcəyə uyğun şəkildə yenidən qurulan yolda asfalt-beton örtüyünün alt layının döşənməsi işləri davam etdirilir. Eyni zamanda, zəruri hissələrdə düzbucaqlı su keçidlərinin tikintisi və təmiri, həmçinin beton küvetlərin inşası da nəzərdə tutulub.

Uzunluğu 6,9 km olan Ortakənd–Dəmirlər avtomobil yolu üzrə də köhnə asfalt-beton örtüyü frezlənərək kənarlaşdırılıb, yol əsasının yararsız hissələri çıxarılıb və əks-dolğu işləri yekunlaşdırılıb. Hazırda yolda su ötürmə qabiliyyətini artırmaq üçün müxtəlif diametrli suötürücü boruların tikintisi, 400 metr uzunluğunda istinad divarının inşası həyata keçirilir. Bundan əlavə, yolun üç hissəsində körpü tipli su keçidlərinin tikintisi nəzərdə tutulub və bu istiqamətdə işlərə artıq başlanılıb.

Hər iki avtomobil yolunda tikinti işləri “İnşaat Norma və Qaydaları”na uyğun olaraq, tərtib olunmuş qrafikə və texnoloji ardıcıllığa riayət edilməklə aparılır. Tikintinin vaxtında başa çatdırılması üçün əraziyə kifayət qədər işçi qüvvəsi və texnika cəlb edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://sitat.info
archiveBu xəbər 23 İyul 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri