Ağdərədə yanğın: 620 nəfər şəxsi heyət, 51 texnika, 4 helikopter...
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərə rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.
Yenisabah.az FHN-ə istinadla xəbər verir ki, hazırda yanğınların söndürülməsi əməliyyatına FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları, Qarabağ Regional Mərkəzi və Aviasiya dəstəsindən ümumilikdə 620 nəfərdən ibarət şəxsi heyət, 51 ədəd texnika, o cümlədən 4 ədəd helikopter cəlb olunub.

Qarabağda dağlıq ərazidə yanğın 51 texnika, 4 helikopter cəlb olundu + Video
26 İyul 2025 18:35
Yanğın yerinə 30 texnika, 140 nəfər şəxsi heyət cəlb olunub (YENİLƏNİB/VİDEO)
24 Avqust 2025 15:39
Ağdərədə ağır qəza: 4 nəfər ölüb
02 Dekabr 2024 09:32
Ağdərədə ağır qəza 4 nəfər öldü
30 Noyabr 2024 21:31
Ağdərədə ağır qəza 4 nəfər ÖLDÜ
30 Noyabr 2024 21:34

