Qarabağda dağlıq ərazidə yanğın 51 texnika, 4 helikopter cəlb olundu + Video
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qarabağda dağlıq ərazidəki yanğınların söndürülməsinə 51 texnika, 4 helikopter cəlb olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd edilib ki, Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərə rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.
Hazırda yanğınların söndürülməsi əməliyyatına FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları, Qarabağ Regional Mərkəzi və Aviasiya dəstəsindən ümumilikdə 620 nəfərdən ibarət şəxsi heyət, 51 ədəd texnika, o cümlədən 4 ədəd helikopter cəlb olunub.
Bildirilib ki, relyefin mürəkkəbliyi, havanın yüksək temperaturu və küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri günün gecə və gündüz saatlarında fasiləsiz olaraq həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:Gədəbəydə dağlıq ərazidə yanğın olub VİDEO
02 Sentyabr 2025 17:19
Qarabağda yanğın Helikopterlər cəlb olundu VİDEO
11 Avqust 2025 15:57
Ağdərədə yanğın: 620 nəfər şəxsi heyət, 51 texnika, 4 helikopter...
26 İyul 2025 18:13
Dağlıq ərazidə yanğın olub KONKRET
24 Avqust 2025 21:50
Dağlıq ərazidə güclü yanğın başlayıb
15 İyul 2025 17:12
Baxış sayı:51
Bu xəbər 26 İyul 2025 18:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















