Agentlik direktoru: Avrasiya universitetləri sammiti çərçivəsində bir çox təhsil müəssisələri ilə əlaqələr rəsmiləşdiriləcək
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Avrasiya universitetləri sammiti çərçivəsində bir çox təhsil müəssisələri ilə əlaqələr rəsmiləşdiriləcək".
Oxu.Az xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, sammit universitetlər arasında təbii yolla əlaqələrin yaranmasına müsbət töhfə verir:
"Hazırda xarici universitetlərlə əlaqələrimiz var, ancaq biz bu əlaqələrin daha da genişləndirilməsini istəyirik. Bu kimi tədbirlər Azərbaycan universitetlərinə yeni imkanlar yaradılması nöqteyi-nəzərindən önəmlidir. Biz həm universitetlərin rəhbərliyinin, həm digər əməkdaşların burada əlaqələrini genişləndirmələrini, bu əlaqələr nəticəsində birgə elmi məqalələr ərsəyə gətirmələrini istəyirik. Habelə əlaqələr hesabına əcnəbi tələbə və müəllim axını artması da prioritetdir".
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 24 Sentyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















