Agentlik rəhbəri: Elm və təhsil müəssisələri ilə istehsalat qurumları arasında əlaqələr zəifdir
Icma.az bildirir, Report.az saytına əsaslanaraq.
Elm və təhsilyönümlü müəssisələrlə istehsalat və biznes qurumları arasında əlaqələr zəifdir.
“Report” xəbər verir ki, bu fikirləri Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Yüksək Texnologiyalar Parkı və bir qrup ali təhsil müəssisəsi arasında "SABAH.city" layihəsi çərçivəsində əməkdaşlığın qurulmasına dair Anlaşma Sazişinin imzalanması mərasimində deyib.
Direktor artıq elm anlayışının kifayət qədər çoxşaxəli olduğuna diqqət çəkib: “Bu mənada, ölkənin aparıcı universitetlərinin bir araya gəlməsi faydalı olacaq. Bu, həm də böyük bir işin başlanğıcı deməkdir”.
Ü.Səttarova adıçəkilən istiqamətdə Türkiyə nümunəsini misal çəkib: “Məsələn, Türkiyədə 20-dən çox texnopark var. Amma bu, o demək deyil ki, onların hamısının işi səmərəli qurulub”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 14 Fevral 2025 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















