Icma.az
close
up
RU
Agentlik nümayəndələri Ankarada SGK ilə təcrübə mübadiləsi apardı Fotolar

Agentlik nümayəndələri Ankarada SGK ilə təcrübə mübadiləsi apardı Fotolar

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) nümayəndə heyəti Agentlik ilə Türkiyə Respublikası Sosial Müdafiə Qurumu (SGK) ilə imzalanan Anlaşma Memorandumu və Birgə Fəaliyyət Planına əsasən təcrübə mübadiləsi məqsədilə Ankara şəhərində səfərdə olub.

“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti SGK-nın mütəxəssisləri ilə bir sıra görüşlər keçirib. SGK-nın Strateji inkişaf departamentinin rəhbəri Yakup Koç nümayəndə heyətini salamlayaraq onları qurumda görməkdən məmnunluğunu ifadə edib. Yakup Koç, həmçinin iki ölkə arasında icbari tibbi sığorta sahəsində həyata keçirilən əməkdaşlığın əhəmiyyətini vurğulayıb və öz təcrübələrini paylaşmağa hazır olduğunu bildirib.

Agentliyin Tibbi planlama departamentinin Monitorinq şöbəsinin müdiri Bəyalı Məmmədov səmimi qəbul və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, ölkəmizdə icbari tibbi sığorta sisteminin tətbiqi ilə tibbi xidmətlərə əlçatanlığın artdığını qeyd edərək, sistemin təkmilləşdirilməsində Türkiyə təcrübəsinin önəmini vurğulayıb.

İki gün davam edən görüşlərdə tərəflər tibbi xidmətlərin maya dəyərinin hesablanması, tibbi xidmətlərin təminata alınması, tibb təchizatçıları ilə müqavilələrin bağlanması, xidmətlərin dəyərinin ödənilməsi, xidmət prosesinin monitorinqi, ictimaiyyətlə əlaqələrin təşkili, insan resurslarının idarə olunması, beynəlxalq əməkdaşlıq sahələrində təqdimatlar edərək qarşılıqlı fikir mübadiləsi aparıblar.

Təqdimatlar zamanı SGK-nın ən mühüm İT layihələrindən biri olan MEDULA sistemi barədə ətraflı məlumat təqdim olunub. Tibb təchizatçıları tərəfindən məlumat bazasına daxil edilən dərman vasitələri və tibbi xidmət nümunələri nümayiş etdirilib. Sistem üzərindən qeydiyyat, fakturalaşdırma və proseslərin izlənilməsi qaydası izah olunub, iştirakçıların sualları cavablandırılıb.

Təcrübə mübadiləsi iki ölkə arasında icbari tibbi sığorta sahəsində mövcud əməkdaşlığın inkişafına töhfə verib.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 26 Sentyabr 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri