Icma.az
close
up
RU
Agentlikdən qanunsuz addım: tender keçirmədən 42 milyonluq müqavilə imzalanıb

Agentlikdən qanunsuz addım: tender keçirmədən 42 milyonluq müqavilə imzalanıb

Icma.az, Reyting.az saytına istinadən bildirir.


Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti “EL EPMC” MMC (VÖEN – 2007785971) ilə satınalma müqaviləsi imzalayıb.
Reyting.az
Yeniavaz.com-a istinadla xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə “EL EPMC” MMC Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə Sumqayıt şəhəri “Acı dərə” kanalının trassası boyu kanalizasiya və yağış suları sisteminin yenidən qurulması işlərini həyata keçirəcək və qarşılığında 41 milyon 505 min 291 manat 51 qəpik alacaq.
Məlumat üçün bildirək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
“Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qanunun tələblərindən də göründüyü kimi, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması məxfi məlumat hesab oluna bilməz. Bu səbəbdən də, Dövlət Su Ehtiyatları Agentliyinin satınalma prosesini bu şəkildə keçirməsi başa düşülən deyil. Üstəlik müqavilənin hansı səbəbdən bir mənbədən satınalma metodu ilə imzalandığı da aydın deyil.
Qeyd edək ki, “EL EPMC” MMC 30 dekabr 2022-ci il tarixində Xətai rayonu, Nəcəfqulu Rəfiyev, ev 14, m. 112 ünvanında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Məmmədov Fərman Zöhrab oğludur.
“EL EPMC” MMC dövlət qeydiyyatına alındıqdan sonra yalnız Dövlət Su Ehtiyatları Agentliyinin tender müsabiqələrində qalib olub. Agentlik oktyabr ayında “EL EPMC” MMC ilə 1 milyon 909 min manat və 1 milyon 249 min 762 manat 11 qəpik dəyərində 2 satınalma müqaviləsi də imzalayıb.

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://reyting.az
archiveBu xəbər 29 Noyabr 2024 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri