Məşğulluq Agentliyi tender keçirmədən 42 minə ofis icarəyə götürüb
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Dövlət Məşğulluq Agentliyi Əmirov İlqar Fikrət oğlundan ofis icarəyə götürüb.
Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən bildirir ki, Agentlik Şamaxı şəhərində yerləşən ofis sahəsinin bir illik icarəsi üçün Əmirov İlqar Fikrət oğluna 42 min manat ödəyəcək.
Ofis şəhərdə yerləşən Dağlıq Şirvan RMF üçün nəzərdə tutulub.
Qeyd edək ki, Məşğulluq Agentliyi ilə Əmirov İlqar Fikrət oğlu arasında imzalanan müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Elnur Əli
Baxış sayı:29
Bu xəbər 03 Oktyabr 2025 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















