Icma.az
close
up
RU
“Agentliyin direktoru mənim mükafatımı vermir” Alim Elman Şahverdiyev Prezidentə müraciət etdi

“Agentliyin direktoru mənim mükafatımı vermir” Alim Elman Şahverdiyev Prezidentə müraciət etdi

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun əməkdaşı, fizika elmləri doktoru Elman Şahverdiyev “AzPolitika.info” vasitəsilə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib. Alim, iki ildir ki, ona verilməli olan mükafatın ödənilməməsinə etirazını bildirərək məsul şəxslərə qarşı kəskin ittihamlar irəli sürüb.

Elman Şahverdiyev bildirib ki, Elm və Ali Texnologiyalar üzrə Dövlət Agentliyinin (EATDA) direktoru Ülkər Səttarova tərəfindən ona verilməli olan mükafat (cəmi 7 min manat) iki ilə yaxındır ki, ödənilmir.

Alim qeyd edib: “Ülkər Səttarova elmdə heç bir ciddi nailiyyətə malik deyil. Onun elmi göstəricilərindən biri olan Hirş indeksi cəmi 3-dür. Özümün Hirş indeksim isə 14-dür. Bu müqayisə göstərir ki, elmi kriteriyalara görə o, bu vəzifəyə layiq deyil.”

O əlavə edib ki, Ülkər Səttarova AMEA prezidentinin müşaviri olan, 90 yaşlı akademik Telman Əliyevin nəvəsidir. Elman Şahverdiyevin sözlərinə görə, Telman Əliyevin özü də zəif elmi göstəricilərə malikdir və uzun müddət AMEA-nın Kibernetika İnstitutunun direktoru olub.

Fizika elmləri doktoru hesab edir ki, elmi nailiyyətlərə deyil, şəxsi və ailə əlaqələrinə əsaslanan təyinatlar Azərbaycan elminə ciddi zərbə vurur.

Şahverdiyev əlavə edib ki, EATDA əməkdaşlarından biri yaxın günlərdə etiraf edib ki, “hamının balı səhv hesablanıb.”

Elman Şahverdiyev müraciətində Prezidentən ona verilməli olan mükafatın ödənilməməsi ilə bağlı müvafiq səxslərə göstəriş verilməsini xahiş edib.

Alim, həmçinin, dövlət mükafatlarının verilməsi mexanizminin qeyri-obyektiv və ədalətsiz olduğunu igdia edərək, bu mükafatların ləğvini təklif edib.

Elman Şahverdiyev kimdir?

Elman Şahverdiyev təxminən 30 ildir ki, elmlər doktorudur. O, 7 beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvüdür, MDB məkanında 25-dən artıq elmi jurnalda rəyçidir. Onun elmi məqalələri haqqında dünya mətbuatında 20-dən artıq populyar yazı dərc olunub.

2001-ci ildə “London Press Service” onun həmmüəllifi olduğu bir məqaləni “Minilliyin ən mühüm işi” adlandırıb. Şahverdiyev 14 beynəlxalq qrantın qalibidir və bu qrantlar çərçivəsində Böyük Britaniya, Yaponiya, İtaliya, Portuqaliya və digər ölkələrin universitetlərində fəaliyyət göstərib. 2012-ci ildə “Thomson Reuters” onu “Excellence in Physics” diplomu ilə təltif edib. Bu mükafat haqqında Wall Street Journal qəzetində yazı dərc olunub.

Şahverdiyev həmçinin, Avropa İttifaqının çərçivə proqramları üzrə individual qrant alan ilk və hələlik yeganə Azərbaycan alimidir. Onun SCOPUS bazasında 58, Web of Science bazasında isə 74 elmi məqaləsi yer alır. Bəzi işləri TOP 5% və TOP 2% kateqoriyalarında qiymətləndirilib.

P.S. İttihamlarla bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Rasim Əliyev
AzPolitika.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 İyul 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri