Icma.az
close
up
RU
Ağıl dişinin gec çıxması təhlükəlidirmi? Mütəxəssislər xəbərdarlıq edir

Ağıl dişinin gec çıxması təhlükəlidirmi? Mütəxəssislər xəbərdarlıq edir

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağıl dişləri bəzi insanlarda 17-25 yaş arasında çıxsa da, elələri var ki, bu dişlər 30 yaşdan sonra görünür, bəzilərində isə ümumiyyətlə çıxmır. 

AZXEBER.COM xəbər verir ki, stomatoloqların fikrincə, ağıl dişlərinin gec çıxmasının əsas səbəblərindən biri çənədə kifayət qədər yer olmamasıdır. Müasir insanlarda çənə sümükləri əvvəlki nəsillərlə müqayisədə daha kiçik olduğundan, ağıl dişləri normal şəkildə çıxmaq üçün lazımi sahəni tapa bilmir. Nəticədə diş ya tamamilə sümük altında qalır, ya da illərlə yavaş inkişaf edir.

Mütəxəssislər bildirirlər ki, irsi faktorlar da bu prosesdə mühüm rol oynayır. Valideynlərdə ağıl dişlərinin gec çıxması və ya ümumiyyətlə olmaması uşaqlarda da eyni vəziyyətin yaranma ehtimalını artırır. Araşdırmalar göstərir ki, bəzi insanlarda genetik xüsusiyyətlərə görə ağıl dişinin rüşeymi ümumiyyətlə formalaşmır.

Gec çıxmanın digər səbəblərindən biri dişin düzgün istiqamətdə inkişaf etməməsidir. Ağıl dişi yana, önə və ya digər dişlərə doğru əyilmiş vəziyyətdə böyüdükdə, diş ətini deşərək ağız boşluğuna çıxa bilmir. Bu vəziyyət "gömülü ağıl dişi" adlanır və çox vaxt yalnız rentgen müayinəsi zamanı aşkar edilir.

Araşdırmalara əsasən, gec çıxan ağıl dişləri bəzi hallarda heç bir problem yaratmasa da, onların ətrafında iltihab, ağrı, diş ətində şişkinlik, ağız açarkən narahatlıq və qonşu dişlərə təzyiq kimi fəsadlar yarana bilər. Xüsusilə gömülü qalan dişlər infeksiya və kista əmələ gəlməsi riskini artırır.

Stomatoloqlar bildirirlər ki, ağıl dişi uzun müddət çıxmırsa və ya çənədə vaxtaşırı ağrı, şişkinlik, pis qoxu və ya çeynəmə zamanı narahatlıq hiss olunursa, mütləq rentgen müayinəsi aparılmalıdır. Erkən diaqnoz həm qonşu dişlərin zədələnməsinin, həm də sonradan daha mürəkkəb cərrahi müdaxilələrin qarşısını almağa kömək edir.

Fəridə Əsədzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 06 Avqust 2026 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see308

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see308

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see289

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see269

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see263

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see260

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see247

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see233

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see226

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see223

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see222

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see220

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see218

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see215

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see214

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see201

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see199

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see196

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see192

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri