Icma.az
close
up
RU
Ağıla aşiq olanlar: Onlar kimdir və niyə fərqlidirlər?

Ağıla aşiq olanlar: Onlar kimdir və niyə fərqlidirlər?

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İnsanları özünə cəlb edən amillər çoxdur: gözəllik, xarizma, jestlər, stil, səs tonu… Amma elə insanlar da var ki, bütün bunlardan əvvəl düşüncə cazibəsinə vurulurlar. 

Onların ürəyinə gedən yol nə dodaqlardan, nə də qüsursuz bədən xəttindən keçir, birbaşa beyinlərinə toxunan cümlələrdən keçir".

Bunu “Cebheinfo.az”a açıqlamasında “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin psixoloqu Samirə İsmayılova bildirib. 

Onun sözlərinə görə, belə insanlar sapioseksuallar adlanır:

"Sapioseksual olmaq təkcə “ağıllı insanları xoşlayıram” demək deyil. Bu, daha dərin, daha incə və daha seçici bir bağlılıq formasıdır. Sapioseksual üçün ən erotik toxunuş düşüncələrin bir-birinə toxunmasıdır. 

Onların dilində kiminsə zəkası, nitq tərzi, məntiqi, analiz qabiliyyəti bir növ cinsi cazibə yaradır. Söhbət sadəcə yaxşı oxumuş, ya da diplomlu olmaqdan getmir, məsələ insanın düşüncə enerjisində, danışanda yaratdığı ritmdə, ifadə etdiyi dünya görüşündədir".

Psixoloq qeyd edib ki, sapioseksual insanlar danışığa qulaq asanda, sanki qarşısındakı insanın beynindəki nizamı hiss edir: 

"Sözlərin seçimi, fikirlərin ardıcıllığı, emosiyanın ağılla sinxronlaşması onları valeh edir. Onlar üçün təsadüfi cümlə belə “eyni tezlikdə titrəyən bir ruh” kimi hiss oluna bilər. Elə buna görə də sapioseksuallar başqalarından daha gec bağlanır, amma bağlandıqda hər cür əlaqənin içində intellektual səmimiyyət axtarırlar.

Bu cür insanlar üçün söhbət “xəbərdarlıq siqnalı” rolunu oynayır. Ağılı güclü olmayan tərəfdaşla münasibət onlarda çox tez sönür. Çünki enerji axını dayanır, ruh monotonluğa düşür. Sapioseksual üçün qarşısındakı insan düşünmürkən, o sevmir; cavab verərkən, o bağlanır; beyin işıq saçarkən, o ehtiraslanır. Bu, sanki beyinə yönəlik gizli bir kimyadır".

Samirə İsmayılova əlavə edib ki, sapioseksualların cazibə mexanizmi də fərqlidir:

"Onlar özlərini rahat hiss etdikləri insanla fikirdən-fikrə keçərkən daha seksual olur, yumşalır, açılır. Təsəvvür edin, saatlarla dərin söhbət, mövzu dəyişdikcə yaxınlaşan ruhlar və beyinlərin ritmində yaranan görünməz bir istilik. Bu istilik onlarda adi insanda yaranan fiziki yaxınlıq qədər güclü bir intimlik hissidir".

O vurğulayıb ki, psixoloji olaraq sapioseksual insanlar həm də emosional kimi yetişkin olurlar:

"Ağıla vurulmaq insanın öz daxili dünyasının da müəyyən səviyyədə sistemli olmasını tələb edir. Özünü tanımayan, emosiyalarını idarə edə bilməyən və ya həyatı anlamağa çalışmayan biri, həmin zəkaya qarşı həssaslığı da hiss etməz".

Samirə İsmayılova bildirib ki, sapioseksuallar üçün seks belə beyində başlayır:

"Əvvəl düşüncəni oyatmaq, sonra hissləri hərəkətə gətirmək lazımdır. Onlar üçün sevgi də, ehtiras da bir növ intellektual rəqs kimidir. Çünki ağıllı insanın söylədiyi bir cümlə sıradan bir komplimentdən daha dərin və yandırıcı təsir göstərir. Sapioseksuallar üçün ən güclü afrodizyak ağılla təmasdır.

Bir sözlə, sapioseksual olmaq sadəcə seçim deyil, duyğu mexanizmidir. Bu insanlar üçün sevgi zəkadan, zövq beyindən, ehtiras isə sözdən keçir. Onların dünyasında beyin cəlbedici bədən kimidir, nə qədər estetik işləsə, o qədər ehtiras oyadır".

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Noyabr 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri