Icma.az
close
up
RU
Ağıla gəlməyən cinayətlər: 14 15 yaşlı şagirdlərin...

Ağıla gəlməyən cinayətlər: 14 15 yaşlı şagirdlərin...

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Son zamanlar imtahanlara müdaxilə, texnoloji vasitələrlə köçürmə və qayda pozuntusu halları ilə bağlı yayılan məlumatlar cəmiyyətin diqqət mərkəzindədir. 

Bəzi hallarda isə bu cür pozuntuların daha geniş, təhlükəli niyyətlərlə — təşkilatlanmış şəkildə, məqsədli formada və ya xarici müdaxilələrlə həyata keçirildiyi iddia olunur. 

Mövzu ilə bağlı Polisə Dəstək İctimai Birliyinin sədri, hüquqşünas Şəmsəddin Əliyev Yenisabah.az-a açıqlamasında bildirib ki, imtahan zamanı sıravi qayda pozuntusu və ya fərdi şəkildə texniki vasitələrdən istifadə halları inzibati xarakter daşıyır və bu zaman müvafiq araşdırmanı aidiyyəti qurumlar — Dövlət İmtahan Mərkəzi və ya Daxili İşlər Nazirliyi həyata keçirir. pizza hut

Lakin hüquqşünas qeyd edir ki, bəzi hallarda bu pozuntuların arxasında daha ciddi niyyətlər dayana bilər:

“Əgər abituriyent imtahana müxtəlif texnoloji cihazlarla daxil olur və bununla bağlı məqsəd sırf bilik yoxlamasından yayınmaq yox, müəyyən dairələrin tapşırığı ilə informasiya ötürmək, imtahan sisteminə müdaxilə etmək, nəticələri manipulyasiya etmək və ya ictimai sabitliyi pozmaqdırsa – bu artıq təhlükəsizlik məsələsinə çevrilir”.

Şəmsəddin Əliyevin sözlərinə görə, məsələ yalnız imtahanda köçürməyə cəhd deyilsə və faktlar təşkilatlanmış, məqsədli şəkildə, hətta yetkinlik yaşına çatmayan şəxslər vasitəsilə həyata keçirilirsə, bu zaman DTX araşdırma başlada bilər:

“Əgər 14–15 yaşlı şagirdlərin və ya abituriyentlərin iştirakı ilə müəyyən qruplaşmaların birgə hərəkəti sübut olunarsa, bu artıq sıravi imtahan pozuntusu kimi deyil, mümkün təxribat və ya təhlükəsizlik məsələsi kimi qiymətləndirilir. Bu halda birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilə bilər”.

Hüquqşünas əlavə edib ki, bu cür hallarda yalnız DTX deyil, Daxili İşlər Nazirliyi, Ədliyyə orqanları, eləcə də kibercinayətkarlıqla mübarizə aparan xüsusi bölmələr də prosesə cəlb oluna bilər.

“Əgər hansısa qrup konkret siyasi, dini və ya xarici təsir altında bu prosesi idarə edir və nəticədə cəmiyyətə təzyiq göstərmək, ictimai fikrə təsir etmək və ya dövlətin strateji imtahan sisteminə zərər vurmaq məqsədi güdürsə – bu, artıq təhlükəsizlik riski sayılır. Belə hallarda məsələ təkcə hüquqi yox, həm də milli təhlükəsizlik müstəvisində qiymətləndirilir”.

Sonda Şəmsəddin Əliyev bildirib ki, bu cür situasiyalarda hüquqi qiymətləndirmə sübutların və istintaqın gedişatına uyğun olaraq verilir. Sadəcə şübhə və ya ehtimal əsasında DTX-nin prosesə müdaxiləsi mümkün deyil, lakin kifayət qədər əsaslı göstəricilər mövcuddursa, qurum öz səlahiyyəti çərçivəsində işə qarışa bilər.

Rəvan Rzazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 31 İyul 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see166

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see160

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see149

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri