Icma.az
close
up
RU
“Ağıllı dayanacaq”ların “ağıllı işıqfor”ları niyə işləmir?

“Ağıllı dayanacaq”ların “ağıllı işıqfor”ları niyə işləmir?

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illərdə ölkəmizdə nəqliyyat sahəsində texnologiyaların tətbiqi artıb. 

“Ağıllı şəhər” layihələri çərçivəsində bəzi yerlərdə “ağıllı işıqfor” və “ağıllı dayanacaq” sistemləri quraşdırılıb. Amma bu sistemlər qismən aktiv olur, bəzən isə demək olar ki, funksiyasını yerinə yetirmir. Bəzi işıqforlar vəziyyətə uyğun tənzimlənmir, dayanacaqlarda isə məlumat ekranları ya sıradandır, ya da heç bir faydalı məlumat göstərmir. 

Gözləntilərlə reallıqlar arasında yaranan bu boşluq cəmiyyətdə narazılıqlara səbəb olur. Niyə bu sistemlər işlək olmaq əvəzinə sadəcə quraşdırılıb? 

 “Cebheinfo.az” - a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, texnologiyaların nəqliyyatda tətbiqi müasir və faydalı yanaşma kimi dəyərləndirilir: 

“İnnovativ sistemlərin mükəmməl olması və bu texnologiyaların gündəlik həyatımıza tətbiq olunması texnologiya ilə müasirliyin vəhdət təşkil etməsi baxımından sevindirici haldır. 

İlk növbədə qeyd edilməlidir ki, texnologiyanın əsas şərtlərindən biri nəqliyyat vasitələrinin elə formada təşkil olunmasıdır ki, bu, vətəndaşlar üçün qanunauyğun və rentabelli bir sistem yaratsın. Başqa sözlə, nəqliyyat vasitələrini idarə edən şəxslər bu rentabellik əsasında sistemlə qarşılıqlı əlaqədə olmalıdır. 

Əgər “ağıllı sistem” müəyyən bir küçə boyunca qurulubsa, bu sistem avtomatik şəkildə yol hərəkətinin axınını tənzimləməlidir”.

Onun sözlərinə görə, mövcud sistemlər nəqliyyat axınına uyğun tənzimləmə apararaq vətəndaşların daha rahat və vaxtında hərəkətini təmin etməlidir: 

““Ağıllı işıqfor” sistemi özü müəyyən edir ki, neçə avtomobil qırmızı işıqda gözləyir, neçə avtomobil yaşıl işıqla hərəkət edir. Bu məlumatlar əlaqədar məntəqəyə ötürülərək, hərəkətin daha sıx olduğu istiqamətdə yaşıl işığın müddəti uzadılır, daha az nəqliyyat olan istiqamətdə isə qısa tutulur. 

Nəticədə vətəndaş A məntəqəsindən B məntəqəsinə daha rahat və vaxtında çata bilir. Əks halda, sistem öz funksiyasını yerinə yetirmədikdə narazılıq yaranır və bu da vətəndaş məmnunluğuna mənfi təsir göstərir”.

Ekspert qeyd edib ki, nəqliyyat vasitəsini idarə edən şəxs həmin sistemin mövcudluğunu dərk etməlidir: 

“Məsələnin konkret və əsas tərəfi ondan ibarətdir ki, nəqliyyat sisteminin rentabelliyi həm də bu vasitələrin uzunömürlülüyü və davamlı işlək vəziyyətdə qalması ilə bağlıdır. Yəni bu gün nəqliyyat vasitəsini idarə edən şəxs həmin sistemin mövcudluğunu dərk etməli, onun iş prinsipini başa düşməli və bu sistemlə uyğun işləməyi bacarmalıdır. Əgər bu komponentlər bir-biri ilə əlaqəli şəkildə fəaliyyət göstərsə, onda bu texnologiyalar real nəticə verəcək və vətəndaşlar arasında yaranan müxtəlif problemlər də öz həllini tapa biləcək”. 

Gülər 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:259
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Oktyabr 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri