Icma.az
close
up
RU
Ağıllı mobillikdə yeni dövr: IMOTORS MMC, OMODA və JAECOO ilə artıq Azərbaycanda

Ağıllı mobillikdə yeni dövr: IMOTORS MMC, OMODA və JAECOO ilə artıq Azərbaycanda

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qabaqcıl hibrid texnologiyalar və beynəlxalq nüfuzla seçilən OMODA və JAECOO -  IMOTORS MMC ilə tərəfdaşlıq çərçivəsində Azərbaycan bazarına daxil olur.

Azərbaycanın innovativ avtomobil şirkətlərindən biri olan IMOTORS MMC, CHERY Group tərkibində fəaliyyət göstərən və sürətlə böyüyən OMODA & JAECOO markaları ilə rəsmi distribyutorluq müqaviləsinin imzalanmasını elan etdi. Müqavilə Çinin Wuhu şəhərində IMOTORS MMC-nin direktoru cənab Əli Əhədov və OMODA & JAECOO Global şirkətinin prezidenti cənab George Xu arasında imzalanıb.

OMODA & JAECOO artıq 30-dan çox ölkədə müasir mobillik anlayışını yenidən formalaşdırır. Bu markalar Avropa, Yaxın Şərq, Cənub-Şərqi Asiya kimi regionlarla yanaşı, xüsusilə Türkiyə və Rusiya bazarlarında böyük uğurlar qazanıb. Cəmi bir il ərzində Türkiyədə 160.000, Rusiyada isə 140.000-dən çox satış göstəricisinə nail olunması istehlakçı güvəninin və bazara uyğunlaşma qabiliyyətinin bariz göstəricisidir.

Brend fəlsəfəsi və qlobal imici:

"Born Unique, Born New Energy" (Unikal doğulub, Yeni enerji ilə doğulub) şüarı ilə OMODA & JAECOO gələcəyin dizaynı, ağıllı texnologiyalar və davamlı enerji prinsiplərini birləşdirir. 540° panoramik kamera, Aktiv təhlükəsizlik sistemləri, CDC şassi texnologiyası və eksklüziv SHS (Super Hybrid System) kimi qabaqcıl xüsusiyyətlər bu brendi unikal edir. SHS sistemi həm aşağı yanacaq sərfiyyatı, həm yüksək fırlanma anı, həm də müxtəlif yol şəraitində üstün idarəetmə imkanı təqdim edir.

Azərbaycana Gələn Modellər:

IMOTORS MMC-nin ilk mərhələdə Azərbaycana gətirəcəyi modellər:

· JAECOO J7 PHEV: Şəhər və çətin yol şəraitinə uyğun dizayn olunmuş off-road üslublu plug-in hibrid SUV.

· JAECOO J8 PHEV: Böyük ölçülü, daha premium səviyyəli SUV; ağıllı yol şəraiti tanıma texnologiyası ilə təchiz olunub.

· OMODA C5: Texnologiya ilə zəngin, şəhər üslublu və smart kompakt krossover.

IMOTORS MMC haqqında:

IMOTORS MMC, Azərbaycanda müasir və dayanıqlı avtomobil həlləri təklif etmək məqsədi ilə yaradılmış distribyutor şirkətidir. RAM Holding-in tərkibində fəaliyyət göstərən IMOTORS MMC uzun illərdir avtomobil idxalı, satışı və servis xidməti sahəsində çalışır. Hal-hazırda şirkət Wuling və JMC brendlərinin Azərbaycandakı rəsmi distribyutorudur..

Niyə OMODA və JAECOO Azərbaycan bazarına uyğundur?

Azərbaycan bazarında sürətlə dəyişən mobillik tələbləri - yanacaq səmərəliliyi, rəqəmsal texnologiyalara çıxış, rahatlıq və ekoloji məsuliyyət - yeni avtomobil seçimini formalaşdırır. OMODA & JAECOO-nun SHS texnologiyası ilə təchiz olunmuş modelləri, yüksək keçicilik qabiliyyəti və ağıllı idarəetmə sistemləri həm şəhər, həm də şəhər ətrafı yollarda rahat və təhlükəsiz sürüş təmin edir.

Xüsusilə JAECOO J7 və J8 modelləri "off-road" sinfinə aiddir - bu krossoverlər intellektual 4WD sistemi, 7 sürüş rejimi, çoxsəviyyəli yol tanıma və aktiv sürücü köməkçi sistemləri kimi imkanlarla təchiz olunub. Bu texnologiyalar çətin yol və hava şəraitində belə güvənli performansla yanaşı, yüksək komfort və şəhər sürüş dinamikasını da qoruyur.

Brendin off-road DNT-sı və şəhər yenilikçiliyi, avtomobil həvəskarları və ekoloji məsuliyyətli istifadəçilər üçün geniş imkanlar yaradır. Bu tərəfdaşlıq gələcək investisiyalar, yerli tədbirlər, xüsusi şourum və servis mərkəzi, test yürüşü proqlamları ilə müştərilə xidmət tezlillə xidmət göstərəcək.

Rəsmi Nümayəndə İMOTORS MMC bildirir ki, ön sifarişlər artıq açıqdır, maraqlananlar *8887 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://baku.ws
archiveBu xəbər 03 İyun 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri