Icma.az
close
up
RU
Menu

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

Oktyabrın 13 dək depressiya və işdə problemlər gözlənilir Bürclərə XƏBƏRDARLIQ:

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

Parisxə Şəhidlər ölməz, Vətən bölünməz şüarı

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Azı qərar, çoxu zərər...

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

DÇ 2026: Ukrayna 8 qollu görüşdən qalib ayrıldı

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

Azərbaycanda “ağıllı yol lar ola bilərmi? ARAŞDIRMA

Azərbaycanda “ağıllı yol lar ola bilərmi? ARAŞDIRMA

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Son illər dünyada nəqliyyat infrastrukturunun modernləşdirilməsi istiqamətində “ağıllı yol” texnologiyalarına xüsusi diqqət yetirilir.

Bu rəqəmsal texnologiyalar həm ekoloji təmiz nəqliyyatın inkişafına, həm də yol hərəkətinin təhlükəsizliyinin artırılmasına hesablanıb və bir sıra ölkələrdə uğurla tətbiq olunur.

Bəs Azərbaycanın nəqliyyat sektorunda rəqəmsal texnologiyalardan istifadə edilə, ölkədə "ağıllı yol"la çəkilə bilərmi?

Avtosfer.az xəbər verir ki, “Report” mövzu ilə bağlı araşdırma aparıb.

İlk öncə onu bildirək ki, dünyada ilk "ağıllı yol" Niderlandda salınıb. Dördzolaqlı unikal yolda sürücülərə müxtəlif məlumatlar verilir, onlara sürət həddini aşmamaqda yardım olunur. Yolda hava şəraitindən və günün saatından asılı olaraq, yanıb-sönən işıq zolaqları və dirəklər var.

Yeni tunellərdə yeni yanaşmalar

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev deyir ki, “ağıllı yol” rəqəmsal həllərlə əlaqədar yanaşmadır və hazırda Azərbaycanda da yol infrastrukturunun müasir texnologiyalar əsasında təkmilləşdirməsinə böyük ehtiyac var: "Bu zaman rəqəmsal həllərdən dataların formalaşması üçün istifadə edilə bilər. Bundan başqa, istismarda beynəlxalq təcrübələrdən monitorinq üçün istifadə etmək mümkündür. Məsələn, beynəlxalq təcrübədə axınların – təkcə avtomobil deyil, piyada və mikromobilliklə bağlı axınların – idarə edilməsi məqsədilə “ağıllı kamera”lardan istifadə olunur. Bundan başqa, işıqforların fazaları üçün də yeni sistemlər tətbiq olunur. Mümkün qəzalara operativ reaksiya vermək üçün bu növ sistemlərdən istifadə edilir”.

Onun sözlərinə görə, digər yanaşma hava şəraitindən asılı olaraq sürətlərin dəyişməsi, işıqlandırmanın idarə olunması və fövqəladə hallara reaksiya verilməsi üçün bu növ sistemlərdən istifadə oluna bilər: “Düşünürəm ki, Azərbaycan yollarında belə sistemlərin ilk nümunələrini artıq müşahidə edirik. Buraya elektron tərəzilər daxildir. Ölkəmizdə yeni tikilən tunellərin bu sistemlərlə idarə olunması nəzərdən keçirə bilər. Paytaxt Bakıda hazırda “ağıllı yol"lara böyük ehtiyac var. Belə sistemlər avtomatik olaraq müəyyən monitorinqlər aparılaraq sürətli reaksiya verməyə imkanlar yaradır. Düşünürəm ki, ilkin olaraq mövcud infrastrukturun təhlil olunması, ciddi monitorinq üçün bu datalar önəmlidir. Onları formalaşdıran yeni “ağıllı sistemlər”dir. Belə sistemlər problemlərin tez bir zamanda aşkar olunması və aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edir”.

Yollarda sıxlığın azaldılmasında “ağıllı yol”

Nəqliyyat üzrə digər ekspert Yasin Mustafayev isə bildirir ki, son dövrlərdə müxtəlif sahələrdə süni intellekt, yeni texnologiyalar tətbiq olunur: “Ağıllı sistemlər”in nəqliyyat sektorunda tətbiqi ilə çox yüksək nəticələr əldə etmək mümkündür. Məsələn, tıxacların aradan qaldırmasında, ümumiyyətlə, nəqliyyat sahəsində idarə etmədə bu mexanizmin tətbiqi yüksək nəticələr əldə etməyə imkan verir. Buraya əsasən rəqəmsal kameraların tətbiq edilməsi daxildir”.

O əlavə edib ki, bu, həm monitorinq aparılmasına, həm də yol hərəkəti qaydalarının pozulmasının qeydə alınmasında mühüm rol oynayır: “Ağıllı sistemlər”in, nəqliyyatı intellektual idarəetmə sisteminin təşkil olunması bu istiqamətdə atılan mühüm addımlardandır. Tıxacın, sıxlığın çox olduğu ərazilərdə hər hansı bir istiqamətdə daha çox tıxac olduğu zaman digər istiqamətlərə avtomatik olaraq axını təşkil etmək, “ağıllı işıqfor” sistemi tətbiq etməklə bu sahədə də mühüm nəticələr əldə etmək mümkündür”.

Ekspertin sözlərinə görə, Azərbaycanda sadalanan texnologiyalar var və daha da inkişaf etdirilir: “Doğrudur, bu, yollardakı sıxlığa, tıxaclara bir o qədər də nəzərə çarpacaq dərəcədə təsir etmir, amma onların müəyyən qədər təsir qüvvəsi, müsbət tərəfi var. Bundan başqa, startaplarda bunu tətbiq etməklə yeni texnologiyalar yaratmaq, yeni üstünlüklər əldə etmək mümkündür. Həmçinin bu sahədə yeni texnologiyaların inkişafını tətbiq etmək və yeni müasir təcrübələrin araşdırılması, ölkəyə gətirilməsi və ölkədə tətbiqi mühüm amillərdəndir. Hazırda bir çox ölkələr sıxlıqdan, tıxacdan əziyyət çəkir. Onların bəzilərində daha əvvəldən addımlar atılır və bunun qarşısına alınması üçün əsaslı tədbirlər uzun illər dövründə həyata keçirilir. “Ağıllı sistemlər”in tətbiqində əsas məqsədlərdən biri ictimai nəqliyyata yönəldilən addımlardır. Bu da yollarda sıxlığın qarşısını alınmasında əsas məqamlardan biridir”.

Beynəlxalq təcrübə: günəş panelli, sensorlu yollar

Hazırda bir çox ölkələrdə “ağıllı yollar” konsepsiyasından geniş şəkildə istifadə olunur. Məsələn, Çinin Jinan şəhərində 2017-ci ildə istifadəyə verilən günəş panelli yol bu sahədə ilk nümunə olub. Asfaltın altında yerləşdirilən panellər həm elektrik enerjisi hasil edir, həm də elektrikli avtomobillərin enerji ilə təmin olunmasına imkan yaradır. Paralel olaraq sensorlar vasitəsilə yol hərəkəti izlənilir, sıxlıq barədə real vaxt məlumatı toplanılır.

İsveçin paytaxtı Stokholm yaxınlığında inşa edilmiş, 2 kilometr uzunluğunda “eRoadArlanda” yolu elektrikli avtomobillərə hərəkətdə olarkən enerji doldurma imkanı yaradır. İsveç hökuməti 2030-cu ilə qədər ölkənin əsas magistrallarının böyük hissəsini bu texnologiya ilə təchiz etməyi planlaşdırır. İsveçin qonşusu - Norveçdə də “ağıllı yol"lar üzərində avtobus və taksilər üçün simsiz induksiya texnologiyası tətbiq edilir. Bu sistem nəqliyyat vasitələrinə dayanmadan enerji yığmağa şərait yaradır.

Bu arada, ABŞ-nin Arizona, Miçiqan və Kaliforniya ştatlarında sınaqdan keçirilən sensorlu yollar qəzaları dərhal aşkar edərək təcili yardıma siqnal göndərir. Miçiqan ştatında isə hərəkətdə olan elektrikli avtomobilləri şarj edən yol seqmentləri test edilir.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 2030-cu ilə qədər bütün yolların rəqəmsal idarəetmə sisteminə inteqrasiya olunması hədəflənir. Hazırda bəzi magistrallar hava sensorları, elektron tablolar və avtonom avtomobillərə uyğun kommunikasiya texnologiyaları ilə təchiz edilib.

Estoniyanın paytaxtı Tallində yollar üzərində intellektual idarəetmə sistemləri quraşdırılıb, işıqforların fəaliyyəti real vaxt rejimində optimallaşdırılır. Cənubi Koreyanın paytaxtı Seulda isə 5G şəbəkəsi vasitəsilə çalışan “ağıllı yol"lar avtomobillərin təhlükəsiz hərəkətinə imkan yaradır.

Azərbaycanda da xüsusilə enerji səmərəliliyi, təhlükəsizlik və rəqəmsal idarəetmə sahəsində beynəlxalq təcrübənin tətbiqi mümkündür. “Ağıllı yol"lar Qarabağ və Şərqi Zəngəzurda yeni inşa edilən magistrallarda pilot layihə kimi tətbiq edilə bilər. Bakı ətrafında isə tıxac probleminin həlli üçün “ağıllı sensor” və idarəetmə texnologiyaları daha faydalı olar.

Bir sözlə, “ağıllı yol"lar enerji təminatı, ekoloji həllər və rəqəmsal idarəetmə və optimallaşdırma istiqamətində mühüm rol oynayır. Bu texnologiyalar nəqliyyatın davamlı inkişafını təmin etməklə yanaşı, təhlükəsizlik və ekoloji yükün azaldılması baxımından da böyük üstünlüklər yaradır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 25 Avqust 2025 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

11 Oktyabr 2025 13:01see490

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see403

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

11 Oktyabr 2025 12:04see250

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

11 Oktyabr 2025 08:35see185

Oktyabrın 13 dək depressiya və işdə problemlər gözlənilir Bürclərə XƏBƏRDARLIQ:

10 Oktyabr 2025 10:09see175

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

11 Oktyabr 2025 00:36see148

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

10 Oktyabr 2025 22:17see135

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see135

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

10 Oktyabr 2025 18:48see135

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

10 Oktyabr 2025 19:59see130

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

11 Oktyabr 2025 01:21see129

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

10 Oktyabr 2025 19:03see128

Parisxə Şəhidlər ölməz, Vətən bölünməz şüarı

10 Oktyabr 2025 23:43see127

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see127

Azı qərar, çoxu zərər...

11 Oktyabr 2025 05:51see125

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

11 Oktyabr 2025 12:32see124

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

11 Oktyabr 2025 06:08see123

DÇ 2026: Ukrayna 8 qollu görüşdən qalib ayrıldı

11 Oktyabr 2025 01:18see122

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

11 Oktyabr 2025 09:33see120

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri