Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış mərasimi olub
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 25 yanvar, AZƏRTAC
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzində təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov bu yarışda fərqlənən idmançıların gələcəkdə təşkil olunacaq beynəlxalq turnirlərə qatılmaq imkanı qazanacaqlarını bildirib. O, dövlətin hər zaman idmana qayğı göstərdiyini vurğulayıb.
Azərbaycanda ağırlıqqaldırma idman növünün inkişafında müstəsna xidmətləri olan Əməkdar məşqçi Vaqif Hüseynova AAF tərəfindən 80 illik yubileyi münasibətilə ilə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, ölkə çempionatına yanvarın 26-da yekun vurulacaq.
Baxış sayı:138
Bu xəbər 25 Yanvar 2025 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















