Icma.az
close
up
RU
Ağızdakı bakteriyalar bu xəstəliyin xəbərçisi ola bilər Yeni araşdırma

Ağızdakı bakteriyalar bu xəstəliyin xəbərçisi ola bilər Yeni araşdırma

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Ağızda olan bəzi bakteriyalar insan beyninin inkişafına müsbət təsir etsə də, bəziləri Altsheymer və digər problemlər yarada bilər. 

İngiltərənin “Exeter” Universitetinin apardığı tədqiqatlar nəticəsində məlum olub ki, ağızdakı bəzi bakteriyalar yaddaşı və diqqəti gücləndirir. Lakin bəzi bakteriyalar var ki, onlar Altsheymer və digər xəstəliklər yaratmaq qabiliyyətinə sahibdir. 

Ölkə.az Sfera.az-a istinadən xəbər verir ki, həmin bakteriyalar vasitəsilə Altsheymer riskini erkən mərhələdə müəyyən etmək olar. Tədqiqat qrupunun rəhbəri bildirib ki, problem yaranmazdan əvvəl və ya həkimə getməyi düşünməmişdən əvvəl ağızdakı bakteriyalar vasitəsilə Altsheimer geninizin olub-olmadığını təxmin etmək imkanı var. 

Araşdırmada yaşı 50-dən yuxarı olan 115 könüllü iştirak edib. Onlar bilişsel testlərdən keçib və ağız qarqaralarından nümunələr təqdim ediblər. Alimlər iki qrup müəyyən ediblər: beyin funksiyaları normal olanlar və orta dərəcədə koqnitiv problemləri olanlar. Tədqiqatçılar müəyyən ediblər ki, ağızlarında Neisseria və Hemofil bakteriyalarının yüksək səviyyədə olduğu şəxslər daha yaxşı yaddaş və diqqət qabiliyyətinə malikdirlər. Əksinə, Porpyromonas bakteriyasına sahib insanlarda yaddaş problemləri daha çox müşahidə olunub. Həmçinin, Altsheimer riski daşıyan fərdlərdə Prevotella bakteriyası daha çox rast gəlinib. 

Alimlər ağızda olan bakteriyalarla bağlı tədqiqatın böyük bir elmi kəşf olduğunu vurğulıblar. Onların fikrincə, ağızdakı bakteriyalar beyin funksiyalarını dəstəkləyə və ya zəiflədə bilər. 

Tədqiqatın nəticəsi olaraq elm adamları nitratla zəngin yaşıl yarpaqlı tərəvəzlərin – ispanaq, rukkola, kahı və qırmızı çuğundurun daha çox istehlak edilməsini tövsiyə edir. Eyni zamanda, şəkərli və spirtli qidalardan uzaq durmağın vacibliyini qeyd olunub. 


Tədqiqat hələ ilkin mərhələdə olsa da, ağız sağlamlığının beyinə təsiri ilə bağlı yeni araşdırmalar aparılacağı gözlənilir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Mart 2025 06:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see285

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see257

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see250

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see249

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see245

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see240

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see231

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see228

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see222

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see216

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see212

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see208

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see208

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see205

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see196

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see194

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see194

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see194

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri