Ağızdakı bakteriyalar beyinə təsir edirmiş
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Ağız boşluğunda yaşayan bəzi bakteriyalar koqnitiv testlərin nəticələri ilə əlaqələndirilib.
Bakıvaxtı.az xəbər verir ki, Ekseter Universiteti və Brüssel Azad Universitetinin alimləri 60 sağlam yetkinin dil mikrobiotasını araşdıraraq müəyyən bakteriyaların reaksiya sürəti, iş yaddaşı və emosiyaların tanınması ilə əlaqəli ola biləcəyini müəyyən ediblər.
Tədqiqatın nəticələri “PLOS ONE” jurnalında dərc olunub.
Araşdırmada Böyük Britaniya və Belçikadan olan 20 yaşlı gənclər, eləcə də 60–70 yaşlı şəxslər iştirak ediblər. Tədqiqatçılar iştirakçıların dillərindən nümunələr götürərək bakteriyaların tərkibini təhlil edib, nəticələri yaddaş, diqqət, reaksiya müddəti və emosiyaların tanınması üzrə testlərlə müqayisə ediblər.
Nəticələrə görə, Prevotella histicola bakteriyasının yüksək səviyyəsi hər iki qrupda bəzi tapşırıqlara daha sürətli reaksiya verilməsi ilə əlaqələndirilib.
Haemophilus parainfluenzae bakteriyası ilə bağlı nəticələr isə daha mürəkkəb olub. Belçikalı iştirakçılarda bu bakteriyanın səviyyəsi emosiyaların tanınması və vizual öyrənmə tapşırıqlarında daha sürətli reaksiya, eləcə də iş yaddaşında daha yüksək dəqiqliklə əlaqəli olub. Böyük Britaniyadan olan iştirakçılarda isə əlaqə tapşırığın növündən asılı olaraq dəyişib: bəzi hallarda reaksiyalar sürətlənib, digərlərində isə ləngiyib.
Alimlər dil mikrobiotasının tərkibində yaşa bağlı fərqlər də aşkar ediblər. Yaşlı iştirakçılarda Treponema və Tannerella cinslərinə aid bakteriyalar daha çox yayılıb. Bu bakteriyaların bəziləri diş əti xəstəlikləri ilə əlaqələndirilir.
Bununla yanaşı, yaş koqnitiv nəticələrlə bağlı ən sabit amil olub. Yaşlı iştirakçılar orta hesabla tapşırıqlara daha yavaş cavab verib və testlərdə daha aşağı nəticələr göstəriblər.
Tədqiqat müəllifləri xəbərdarlıq edirlər ki, əldə olunan nəticələr bakteriyalarla koqnitiv göstəricilər arasında statistik əlaqəni göstərir, lakin birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir. Cəmi 60 nəfərin iştirak etdiyi araşdırmanın nəticələrini təsdiqləmək, həmçinin ağız boşluğundakı bakteriyaların beyin fəaliyyətinə birbaşa təsir edib-etmədiyini müəyyənləşdirmək üçün daha geniş tədqiqatlara ehtiyac var.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 12 Oktyabr 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















