Ağızdan gələn qoxu normal haldır? Həkimdən AÇIQLAMA
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
"İnsan uzun müddət ac qalanda mədənin mikroflorası dəyişir, çürüdücü bakteriyaların miqdarı artır. Eyni proses ağız boşluğunda da baş verir. Bu, tam bir xəstəlik problemi hesab olunmur".
Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı dedi.
Həkim bildirdi ki, əgər ağız qoxusu daimi olaraq həm xəstəni, həm də ətrafındakı insanları narahat edəcək səviyyədədirsə, araşdırmaya ilk növbədə ağız boşluğundan başlamaq lazımdır:
"Çünki tədqiqatlar göstərir ki, insan mədə-bağırsaq mikroflorası ağızdan keçir, orada əmələ gəlir və aşağı traktlara, qida borusunun aşağı hissəsinə ötürülür. Ona görə birinci növbədə dişlərə, diş sağlamlığına, damaq sağlamlığına diqqət yetirilməlidir. Bundan əlavə, helikobakter pylori mədə mikrobunu inkar etmək olmaz, çünki bu da ağız boşluğundan gələn bir faktordur".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 25 Fevral 2026 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















