Icma.az
close
up
RU
Ağızdan gələn pis qoxunun əsas səbəbləri

Ağızdan gələn pis qoxunun əsas səbəbləri

Olke.az saytına istinadən Icma.az xəbər verir.

"Ağızdan gələn pis qoxu (halitoz) 80-90% hallarda stomatoloji problemlərlə əlaqəlidir. Lakin bəzən bu, burun-boğaz və ya həzm sisteminin xəstəliklərindən xəbər verir". 

Ölkə.az “İzvestiya”ya istinadla xəbər verir ki, bunu rusiyalı stomatoloq-cərrah Sabit Alıyev deyib.

Onun sözlərinə görə, halitoz həm stomatoloji, həm də stomatoloji olmayan problemlərlə bağlı ola bilər:

“Halitozun 60%-dən çoxu, dilin arxa hissəsində olan anaerob bakteriyalarla əlaqəlidir ki, bunlar da uçucu kükürd birləşmələri ifraz edir. Bu, dişlərdəki çöküntü və ya diş daşından qaynaqlana bilər.

Bu mikroorqanizmlərin yığılması və dişlər arasında qalan qida hissəcikləri tədricən diş daşının yaranmasına səbəb olur. Bu problemi sadə peşəkar təmizlik həll edə bilər".

Bundan əlavə, pis qoxunun səbəbi kariyes və periodontit ola bilər. Həkim bildirib ki, kariyes boşluqlarında qalan qida hissəcikləri və iltihablı diş ətləri anaerob bakteriyalar üçün ideal mühit yaradır, həmçinin zədələnmiş diş minası və iltihablı diş ətləri pis qoxunu gücləndirir:

“Halitozun səbəbi burun-boğaz xəstəlikləri də ola bilər. Xroniki tonzillit, sinüzit, rinit kimi xəstəliklər irinli sekresiyalar və pis qoxu ilə müşayiət olunur. Bundan başqa, qastrit, mədə xorası və reflüks mədədə pis qoxulu qazların yaranmasına səbəb olur. Bu da halitoza səbəb ola bilər".

Bununla yanaşı, mütəxəssis bildirib ki, tez-tez pis qoxuya səbəb siqaret çəkmək, sarımsaq və ya soğan kimi kəskin qoxulu qidaların istehlakı ola bilər.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:261
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Aprel 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri