Icma.az
close
up
RU
Ağlayan uşaq tablosunun lənətli hekayəsi... FOTO

Ağlayan uşaq tablosunun lənətli hekayəsi... FOTO

Icma.az, Baku.ws saytına istinadən bildirir.

İngiltərədə 1950-ci illərdə 250.000 ədəd satılan məşhur tablolardan biri olan "Ağlayan uşaq"ın hekayəsi kifayət qədər mürəkkəb və maraqlıdır.

BAKU.WS xarici mətbuata istinadən tablo haqqından hekayəni təqdim edir:

"Ağlayan uşaq" tablosu italyalı rəssam Bruno Amadioya məxsusdur. 1950-ci illərdən etibarən bütün dünyanı dolaşmağa başlayan rəsmin yüzlərlə fərqli versiyasi yayılıb. Rəsmlərdə dəyişməyən tək şey isə uşağın göz yaşları və məsum baxışları olub. Ancaq ilk dəfə çıxan orijinal rəsmdəki oğlanın qəhvəyi saçları və fındıq rəngində gözləri var idi.

İngiltərə mətbuatında "Ağlayan uşaq" tablosunun lənətli olduğu iddia edilib. Rəsmin lənətləndiyini iddia edən mətbuat bu vəziyyəti İngiltərədəki yanğınla əlaqələndirir. Belə ki, ingilis qəzeti "The Sun"ın 4 sentyabr 1985-ci ildə yayımladığı xəbərdə mədən qəsəbəsi Yorkşiredəki bir yanğınsöndürənin bütünlüklə yanan evlərdə bu rəsmlərin heç zərər görmədiyini iddia etdiyi yazılmışdı. Bu xəbər rəsm sahiblərini təşvişə salıb.

Sonrakı dövrlərdə heç bir yanğınsöndürən bu "Ağlayan uşaq" tablosunu evinə aparmadığı üçün bir çox insan panikaya düşüb. Lakin yanğına əsas səbəb elektrik sobalarının pərdəyə və ya çarpayıya yaxın olması göstərilib.

Sonrakı dövrdə İngiltərənin kasıb məhəllələrində bu rəsm əsərinin təxminən 50.000 nüsxəsi satılıb. Yenə yanğınlar bu məhəllərlərdə baş verib.

İşlər daha da ciddiləşəndə ​​bütün rəsmlər geri göndərilib və yandırılaraq məhv edilib. Daha sonra minlərlə insan gecə saatlarında qəzetə zəng edərək "Ağlayan uşaq" rəsmindən gecələr ağlama səsi gəldiyi, göz yaşlarının qan rənginə dönüşdüyü, rəsmin öz-özünə titrəməyə başladığına dair müxtəlif iddialar səsləndirib.

Lakin, yanğınsöndürənlər sonradan yanğınların əsl səbəbini açıqlasalar da, ingilis qəzetinin xəbərləri artıq cəmiyyət tərəfindən qəbul edilmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://baku.ws
archiveBu xəbər 05 Fevral 2026 04:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri