Icma.az
close
up
RU
Menu

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

Pezişkianın nüvə silahının haram olması ilə bağlı bəyanatı başadüşüləndir

Sərxoş halda qadının evinə hücum çəkdi, şişlə ona ağır xəsarətlər yetirdi

Yanvardan maaş artımlarını ödəməyən metropoliten: Əməkdaşlarımızın bu mərhələni anlayışla qarşıladıqlarına inanırıq

Moskva ilə körpülər yandırılır? ŞƏRH

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

Təranə Qumralın 18 yaşlı qızına canlı efirdə elçi düşdülər FOTO

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

28 sentyabr bu BÜRCLƏR DİQQƏTLİ olsun KONKRET

12 ölkə Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaratdı

“Kaş bizim də Üzeyirimiz olaydı” Türkiyəli musiqiçi

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

DSX Komandanı II Fəxri xiyabanda

İnstaqramı döndəriblər ginekoloji stola

Üzüm yarpağına görə ağlayan kişi İsi Məlikzadənin hekayəsi

Üzüm yarpağına görə ağlayan kişi İsi Məlikzadənin hekayəsi

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün məşhur yazıçı İsi Məlikzadənin anım günüdür.

Kulis.az müəllifin “Təzə məskəndə iki nəfər” hekayəsini təqdim edir.

Qoşa, yoğun boruları az qala göyə dəyən böyük neftayıran zavodun sağ tərəfində təzə və uca binalar tikilmişdi. Onlar uzaqdan maketi xatırladırdı. Adama elə gəlirdi ki, orada həyat yoxdur. Lakin qəsəbəyə yaxınlaşdıqca insan səsi, insan nəfəsi duyulur, həyət-bacada bir qaynaşma gözə çarpırdı. Köhnə məhəllələrin ətrafı yaşıllığa bürünmüşdü. Orada söyüd də əkmişdilər, çinar da, qovaq da. Rəngarəng, ətirli güllər alt mərtəbələrin pəncərələrinə sarmaşmışdı.

Tək bircə binanın yan-yörəsi çılpaq qalmışdı. Həyətdə sarı qumdan və su hovuzundan başqa heç nə yox idi. Binada yaşayanlar cəmi bir neçə gün olardı ki, buraya köçmüşdülər.

İndi kimi təzə qonşusu ilə söhbət edir, kimi eyvanında gəzinir, kimi də qapı-pəncərələrin tozunu silirdi. Uşaqlar həyətdə hay-küylə oynayırdılar. Beş-on nəfər əllərində bel həyətin qumunu təmizləyirdi. Hündürboylu, seyrək gümüşü saçlı kişi ağac əkmək üçün kiçik çalalar qazırdı. O, bir anlığa əlini saxladı, başını qaldırıb göyə baxdı. Gün günorta yerinə qalxmışdı. Rahat-rahat nəfəs aldı. Onun qəlbini fərəh bürüdü, ona elə gəldi ki, günəş təkcə bu təzə qəsəbənin üstündə belə parlaq görünür, gümrahlıq gətirən sərin meh də yalnız burada əsir. Kişi dörd tərəfi cavan ağaclarla örtülmüş yaxınlıqdakı həyətə nəzər saldı. Yoldaşlarının da diqqətini oraya cəlb etdi:

- Görürsünüz? Adam lap heyran qalır... hər şey insanın əlindədir. Əgər sən bəsləsən, ağaclar əmələ gələr, qol-budaq atıb böyüyər.

Qonşular bir-birlərinə yaxın bələd olmasalar da, köhnə tanışlar kimi danışır, zarafatlaşırdılar. Bel çatışmadığından növbə ilə işləyirdilər.

Qarşıdakı binada birinci mərtəbədə yaşayan ovurdları batıq kişi həmişəki kimi yenə pəncərədən baxırdı. Üzündəki ifadədən onun ürəyindən keçənləri belə yozmaq olardı. “Bunlar ərinmirlər, nədir? Bu çiliklər nə vaxt böyüyəcək? Hələ kim bilir, bitəcək ya bitməyəcək”.

O, gümüşü saçlı kişinin hamıdan çox əlləşdiyini görüb başını buladı. “Zalım oğlu, evinin içini sahmana salmamış, bayır-baca dərdinə qalır”. Adi maraq hissi onu adamların yanına çəkirdi. O, yalın ayaqlarına geydiyi nazik məsti döşəmənin üstündə sürüyə-sürüyə qapıya yönəldi. Həyətə gəlib gümüşü saçlı kişinin yanında dayandı:

- Yorulmayasınız.

Hərə bir tərəfdən cavab verdi:

- Çox sağ olun! Çox sağ olun!

İlk ağacı gümüşü saçlı kişi əkdi. Qonşu kişi boynunun dalını qaşıyıb dilləndi:

- Bunlar boy atınca ömrümüzü başa vurarıq...

- Bizdən sonra gələnlər də var. - Gümüşü saçlı kişi hovuzda çimən uşaqlara baxdı.

Arıq öz evinə tərəf boylandı. Orada yaşıllıq xətrinə heç nə yox idi. O, bunu indi görürmüş kimi təəccübləndi. “Neçə aydı buraya köçmüşəm, yerə bir çöp də basdırmamışam”. Ona elə gəldi ki, buradakı adamlar da məhz bu haqda fikirləşirlər. Kişi öz-özünə təskinlik verdi: “Mühasib babayam, səhərdən axşama kimi haqq-hesab çəkirəm. Yorğun-arğın qayıdıb burada da işləməyəcəyəm ki?”. Deyəsən, o, həyətə çıxmağına peşman olmuşdu. Dönüb getmək istədi. Yanındakıları süzüb nəzərlərini gümüşü saçlı kişinin üzündə saxladı:

- Qonşu, bir belə uşaq-muşağın içində ağac böyüyər? Ayaq altda batıb getməsə yaxşıdır.

O, heç kimdən səs çıxmadığını görüb evinə qayıtdı. Yenə pəncərənin qabağında, kətildə oturub papirosunu tüstülətdi. Kişi kədərli görünürdü. Özünün də baş aça bilmədiyi naməlum ağır, acı bir hiss onun qəlbini bürümüşdü. “Heyf deyil şəhərin mərkəzi! Dəniz qırağı, univermaq, bazar – hamısı əlinin altında. Bura nə vaxt böyüyəcək, abadlaşacaq? Mən haçanacan avtobusda basabasnan işə gedib-gələcəyəm? Çətin ağlım kəsir ki, bura qaydaya düşsün, düzəlsin”.

Arıq sönmüş siqareti pəncərənin dəmir barmaqlığı arasından həyətə salıb ayağa durdu.

Gümüşü saçlı kişi divarın dibində bir tənək də əkdi. Onun ucuna bağladığı nazik ipi üçüncü mərtəbədə öz eyvanına bənd elədi. “Bu tənəyin şaxələri eyvana sarmaşacaq, oranı yaraşıqlı, gözəl göstərəcək...”

Günlər, aylar ötüşdü, təzə köçənlər öz yeni məskənlərinə alışdılar. Təzə evlər, təzə məhəllələr anadan olduqları doğma yurd kimi şirin və əziz oldu.

Gümüşü saçlı kişi işə gedəndə də, işdən gələndə də qələməyə baş çəkdi. Tənəkdə tumurcuqları görəndə qəlbinə fərəh doldu. Qış vaxtı bir səbət tapıb qələminin üstünü də örtdü. Pəncərənin önündə oturub çay içən arıq kişi isə adətincə başını buladı: “Havayı əziyyət çəkir, yenə bir meyvəli bağ olsaydı, dərd yarı idi. Bunun nə kölgəsi olacaq?”

Qələmə də boy atdı, başqa ağaclar da. İndi sahibi tənəyin dibini boşaldırdı. O, yerə bir dayaq basdırıb tənəyi ona sarıdı. “Qoy o yan-bu yana əyilməsin”.

Arıq işdən qayıdırdı. O, salam verib dayandı:

- Qonşu, bəs bunun nə vaxt kölgəsi olacaq, gözləməkdən yorulmadın?

- Mən bunu təkcə kölgəlik üçün əkmirəm. Kölgələnməyə nə qədər desən yer tapmaq olar.

Arıq, evin qapısından içəri girəndə də fikri qonşusunun yanında idi. “Zalım oğlunda səbrə bax ha. Neçə dəst əyin-başdan çıxıb, nədi-nədi bir dənə qotur tənək eyvana dırmaşacaq. Havayı işdir!”.

Yox, yaşıl tənək şaxələnib üçüncü mərtəbəyə qalxdı. Zəhmətinin bəhrəsini görən kişi sevindi. Eyvanda, tənəyin kölgəsində oturub pürrəngi çay da içdi.

...Gecə keçmiş, qəsəbənin səs-küyü kəsilmişdi. Arıq kişi yolun tən ortası ilə fikirli-fikirli evə gedirdi. Tindən çıxan maşının güclü işığı onun gözlərini qamaşdırdı. Kişi kənara çəkilib dayandı. Maşın keçib getdi. O, yerindən tərpənmək istəyəndə nəzərləri üçüncü mərtəbəyə uzanmış tənəyə sataşdı. Yaxınlaşıb diqqətlə baxdı. Əli vedrəli, hündürboylu, seyrək gümüşü saçlı kişini xatırladı. “Evi tikilmiş, qarışqa təkin elə hey dümələnirdi. Yorulmur, canına heyfi gəlmir, nədi? – Kişi tənəyin yoğunluğunu yoxlayırmış kimi ikiəlli ondan yapışdı. – Bu, doğrudan böyüdü ha. Bəs niyə qurumadı, tələf olmadı? Nahaq yerə tər tökmürmüş. Səbrə bax, hövsələyə bax, gör nə qədər əlləşdi... Amma elə bil lap dünən idi”. Elə bil gecənin ala-bula işığında tək-tək yarpaqları titrəşən bu tənək bu gecə bitmişdi, bu gecə üçüncü mərtəbəyə dırmaşmışdı. Birdən arıq əsəbiləşdi. Özünəmi, gümüşü saçlı kişiyəmi hirsləndiyini ayırd edə bilmədi. Dişlərini bir-birinə sıxıb əllərini nə vaxt qaldırdığından özünün də xəbəri olmadı. Şaqqıltını eşidəndə sanki yuxudan ayıldı. Körpə tənəyin sınmış gövdəsinə baxıb udqundu. Yan-yörəsinə boylandı. Oradan uzaqlaşdı. Tini burulanda dönüb arxaya baxdı. Başını yırğalayıb dərindən nəfəs aldı. O, qəlbində, fikrində qəribə bir yüngüllük hiss etdi.

Səhər tezdən gümüşü saçlı kişi aşağıda boynunu büküb dayanmışdı. Sınmış tənəyə baxdıqca onun ürəyindən qara qanlar axırdı. “Bu daha əmələ gəlməz. Quruyacaq, mütləq quruyacaq... Bunu hansı mərdiməzar edib? Yox, bu böyük adamın işi deyil. Yəqin uşaqların əli dinc dayanmayıb... İşi təzədən başlamaq lazım gələcək. Heyf tənəkdən!”. O, həyətdəki cavan, şumal ağaclara nəzər saldı. “Yaxşı ki, bunları da sındırmayıblar. Yoxsa hamının əməyi zay olardı”.

Sarı portfelini qoltuğuna sıxmış arıq kişi tənək sahibinə yaxınlaşırdı. Qonşusunun bikef dayanıb tənəyə baxdığını görəndə onun bədənindən bir üşütmə keçdi. Özünü ələ alıb saymaz addımlarla kişinin yanından ötdü. O, başını yuxarı qaldırmadı, qonşunun gözlərinin yaşardığını görmədi.

Gümüşü saçlı kişi də həyətdən zorla ayrılıb məyus-məyus yoluna davam etdi.

Təzə məhəllədə yaşayan iki nəfər bir-birinin ardınca irəliləyirdi. Birinin addımları ağır, qaşlarının ortası düyünlü idi. O biri şübhə içində tələsirdi. Birinin qəlbi ağrıyır, heyfislənirdi. O birinin qəlbi bomboş idi.

İlhamə Elşadqızının həbs müddəti uzadıldı Ölkəmiz Özbəkistanda Qran-pri mükafatını qazanıb Trampın betonla savaşı, İsanın anası və yəhudilər - Ömər Xəyyam
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://kulis.az
archiveBu xəbər 12 May 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

26 Sentyabr 2025 14:49see300

Pezişkianın nüvə silahının haram olması ilə bağlı bəyanatı başadüşüləndir

26 Sentyabr 2025 07:27see232

Sərxoş halda qadının evinə hücum çəkdi, şişlə ona ağır xəsarətlər yetirdi

26 Sentyabr 2025 22:31see201

Yanvardan maaş artımlarını ödəməyən metropoliten: Əməkdaşlarımızın bu mərhələni anlayışla qarşıladıqlarına inanırıq

26 Sentyabr 2025 16:10see184

Moskva ilə körpülər yandırılır? ŞƏRH

26 Sentyabr 2025 15:13see159

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see142

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

26 Sentyabr 2025 19:56see142

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

27 Sentyabr 2025 14:12see139

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

27 Sentyabr 2025 03:35see138

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

26 Sentyabr 2025 08:37see138

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

27 Sentyabr 2025 09:17see137

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

26 Sentyabr 2025 19:31see137

Təranə Qumralın 18 yaşlı qızına canlı efirdə elçi düşdülər FOTO

26 Sentyabr 2025 23:14see136

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see135

28 sentyabr bu BÜRCLƏR DİQQƏTLİ olsun KONKRET

27 Sentyabr 2025 00:57see131

12 ölkə Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaratdı

27 Sentyabr 2025 01:48see130

“Kaş bizim də Üzeyirimiz olaydı” Türkiyəli musiqiçi

26 Sentyabr 2025 19:36see130

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

27 Sentyabr 2025 13:24see129

DSX Komandanı II Fəxri xiyabanda

27 Sentyabr 2025 09:26see125

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri