“Ağqara hərflərin rəngli yuxuları” kino istehsalı layihəsinə yekun vurulub AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 29 dekabr, AZƏRTAC
Azərbaycan Kinematorafçılar İttifaqının (AKİ) “Ağ-qara hərflərin rəngli yuxuları” kino istehsalı layihəsinə yekun vurulub.
İttifaqdan AZƏRTAC-a bildirilib ki, bağlanış mərasimində layihəyə seçim şansı qazanmış və onu uğurla başa vurmuş iştirakçılar, o cümlədən layihəyə dəstək verənlər sertifikat və təşəkkürnamə ilə təltif ediliblər.
Sonra layihənin diplom işi olaraq çəkilmiş “Çevrilmə” qısametrajlı bədii filmi qonaqlara təqdim olunub.
Layihənin bədii rəhbəri rejissor, AKİ-nin İdarə Heyətinin üzvü Rövşən İsaxdır.
Qeyd edək ki, bu, AKİ-nin dördüncü layihəsidir. Bundan öncə “Qəlbdən qələmə” adlı ssenarinin inkişafı üzrə yay məktəbi, “Kino istehsalı A-dan Z-yə” intensiv kinorejissorluq kursları, “Peşəsi: ssenarist” qadın müəlliflər üçün ssenari emalatxanası layihələrini həyata keçirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 29 Dekabr 2024 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















