İngiltərə Premyer Liqası: “Nottingem Forest” “Tottenhem”i darmadağın etdi, “Nyukasl” öz qolu ilə uduzdu VİDEO
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
İngiltərə Premyer Liqasının 16-cı turunda “Nottingem Forest” doğma meydanda “Tottenhem” üzərində inamlı qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 3:0 hesablı üstünlüyü ilə başa çatıb.
“Nottingem Forest”in heyətində Kallum Hadson-Odoi iki dəfə fərqlənib, daha bir qol isə İbraima Sanqarenin aktivinə yazılıb. Bu qələbə sayəsində “Forest” 18 xalla turnir cədvəlində 16-cı pilləyə yüksəlib. “Tottenhem” isə 22 xalla 11-ci sırada qalıb.
Tur çərçivəsində keçirilən digər oyunda “Sanderlend” öz meydanında “Nyukasl”ı məğlub edib. Matçın taleyini 1:0 hesabı ilə yekunlaşdıran yeganə qol müəyyənləşdirib. Qonaqların hücumçusu Nik Voltemade topu öz qapısına göndərərək avtoqol müəllifi olub.
Bu nəticədən sonra “Sanderlend” 26 xalla İngiltərə çempionatının turnir cədvəlində yeddinci yerə yüksəlib. “Nyukasl” isə 22 xalla 12-ci pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 14 Dekabr 2025 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















