Icma.az
close
up
RU
® Agro Dairy Azərbaycanda ilk dəfə “SAP S/4HANA Private Cloud ERP” sistemini uğurla tətbiq edib

® Agro Dairy Azərbaycanda ilk dəfə “SAP S/4HANA Private Cloud ERP” sistemini uğurla tətbiq edib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

“Agro Dairy” şirkəti rəqəmsal transformasiya istiqamətində mühüm addım ataraq Azərbaycanın aqrar sektorunda ilk dəfə RISE with SAP modeli əsasında “SAP S/4HANA Private Cloud Edition ERP” sisteminə keçidi uğurla həyata keçirib.

Şirkətin İdarə Heyətinin üzvü və baş maliyyə inzibatçısı Elnur Əliyevin sözlərinə görə, ERP sisteminə keçid şirkətin sürətli inkişafı və biznes proseslərinin genişlənməsi nəticəsində yaranan strateji ehtiyacdan irəli gəlib. O qeyd edib ki, maliyyə və əməliyyat proseslərinin müxtəlif sistemlərdən vahid platformada birləşdirilməsi, məlumatların daha operativ əldə olunması və idarəetmədə şəffaflığın artırılması şirkətin əsas prioritetlərindən biri olub.

“Şirkət böyüdükcə bütün proseslərin vahid sistem üzərindən idarə olunmasına ehtiyac daha da aydın görünməyə başladı. Bu səbəbdən müxtəlif texnoloji həlləri qiymətləndirərək beynəlxalq təcrübədə özünü sübut etmiş SAP S/4HANA Private Cloud Edition ERP platformasını seçdik”, – deyə Elnur Əliyev bildirib.

Layihə şirkətdə biznes proseslərinin inteqrasiyasını gücləndirən və idarəetmədə real vaxt məlumatlarına əsaslanan qərarvermə modelinə keçidi təmin edən strateji yenilənmə mərhələsi kimi qiymətləndirilir. Təxminən 10 ay davam edən icra mərhələsindən sonra sistem uğurla “canlı” istifadəyə verilib və əsas əməliyyat prosesləri ERP mühitində birləşdirilərək əvvəlki dağınıq sistemlər inteqrasiya olunmuş həll ilə əvəz edilib.

Layihə çərçivəsində maliyyə, idarəetmə uçotu, büdcə planlaşdırması, satınalma, satış və insan resurslarının idarə olunmasını əhatə edən əsas SAP modulları tətbiq olunub:

• FI – “Financial Accounting” (maliyyə və mühasibat uçotu)

• CO – “Controlling” (idarəetmə uçotu və xərclərə nəzarət)

• FM – “Funds Management” (büdcə və maliyyə planlaşdırması)

• MM – “Material Management” (satınalma və materialların idarə olunması)

• SD – “Sales and Distribution” (satış və paylama proseslərinin idarə olunması)

• HCM / SAP SuccessFactors (insan resurslarının idarə olunması)

• IM – “Inventory Management” (anbar ehtiyatlarının idarə olunması)

Elnur Əliyev onu da qeyd edib ki, həyata keçirilən SAP ERP və rəqəmsal transformasiya layihəsi beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. Onun sözlərinə görə, “Agro Dairy” şirkətinin SAP S/4HANA ERP PCE və SuccessFactors əsaslı transformasiya proqramı SAP tərəfindən təşkil olunan “SAP Quality Awards 2025 CEE” müsabiqəsində “Business Transformation – Enterprise Solutions” kateqoriyasında qalib seçilib.

“Bu mükafat layihəmizin beynəlxalq standartlara uyğun, yüksək keyfiyyətlə və peşəkar şəkildə icra olunduğunun rəsmi təsdiqidir. Eyni zamanda, SAP-ın tətbiq etdiyi ‘10 Quality Principles’ çərçivəsində layihənin bütün mərhələlərinin düzgün və ardıcıl şəkildə həyata keçirildiyini göstərir”, – deyə o bildirib.

Layihə “Agro Dairy” şirkətinin daxili komandalarının koordinasiyası ilə beynəlxalq implementasiya təcrübəsinə malik tərəfdaşların iştirakı ilə həyata keçirilib. “T4Data” əsas ERP implementasiya tərəfdaşı, “Vesacons” isə “SAP SuccessFactors Employee Central” həlləri üzrə tərəfdaş kimi çıxış edib.

HR proseslərinin rəqəmsallaşdırılması çərçivəsində “SAP SuccessFactors Employee Central” həlli ilkin olaraq “Agro Dairy”də tətbiq olunub, daha sonra isə formalaşdırılmış model əsasında şirkətin Taxıl Emalı biznes bölməsində də tətbiq edilib.

“Agro Dair”y şirkətinin ERP layihə rəhbəri Kamran Hümmətov bildirib ki, bu təşəbbüs şirkətin innovativ inkişaf strategiyasında yeni mərhələnin başlanğıcını ifadə edir: “Bu gün artıq əldə olunan nəticələri praktik fəaliyyətimizdə görürük. Qarşıdakı dövrdə bu müasir texnoloji yenilənmənin şirkətin digər biznes bölmələrinə də mərhələli şəkildə tətbiqi planlaşdırılır. Növbəti addımda isə süni intellekt və analitik həllərdən istifadə etməklə əməliyyat səmərəliliyini daha da artırmağı və qərarvermə proseslərini tam rəqəmsal əsas üzərində qurmağı hədəfləyirik”.

“PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy” şirkəti RISE with SAP üzərində “SAP S/4HANA Private Cloud ERP” sisteminə keçidi Azərbaycanın aqrar sektorunda rəqəmsal transformasiya istiqamətində mühüm addımlardan biri hesab olunur və bu layihə iri aqrar bizneslər üçün uğurlu nümunə kimi qiymətləndirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Aprel 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see386

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see329

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see325

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see296

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see295

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see279

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see279

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see273

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see269

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see260

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see255

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see255

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see247

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see242

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see240

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see235

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see235

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see230

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see216

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri