Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

Agro Dairy şirkətindən Azərbaycanın aqrar sektorunda bir ilk

Agro Dairy şirkətindən Azərbaycanın aqrar sektorunda bir ilk

Icma.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.

Agro Dairy şirkəti rəqəmsal transformasiya istiqamətində mühüm addım ataraq Azərbaycanın aqrar sektorunda ilk dəfə RISE with SAP modeli əsasında SAP S/4HANA Private Cloud Edition ERP sisteminə keçidi uğurla həyata keçirib.

Şirkətin İdarə Heyətinin üzvü və baş maliyyə inzibatçısı Elnur Əliyevin sözlərinə görə, ERP sisteminə keçid şirkətin sürətli inkişafı və biznes proseslərinin genişlənməsi nəticəsində yaranan strateji ehtiyacdan irəli gəlib. O qeyd edib ki, maliyyə və əməliyyat proseslərinin müxtəlif sistemlərdən vahid platformada birləşdirilməsi, məlumatların daha operativ əldə olunması və idarəetmədə şəffaflığın artırılması şirkətin əsas prioritetlərindən biri olub.

“Şirkət böyüdükcə bütün proseslərin vahid sistem üzərindən idarə olunmasına ehtiyac daha da aydın görünməyə başladı. Bu səbəbdən müxtəlif texnoloji həlləri qiymətləndirərək beynəlxalq təcrübədə özünü sübut etmiş SAP S/4HANA Private Cloud Edition ERP platformasını seçdik,” – deyə Elnur Əliyev bildirib.

Layihə şirkətdə biznes proseslərinin inteqrasiyasını gücləndirən və idarəetmədə real vaxt məlumatlarına əsaslanan qərarvermə modelinə keçidi təmin edən strateji yenilənmə mərhələsi kimi qiymətləndirilir. Təxminən 10 ay davam edən icra mərhələsindən sonra sistem uğurla “canlı” istifadəyə verilib və əsas əməliyyat prosesləri ERP mühitində birləşdirilərək əvvəlki dağınıq sistemlər inteqrasiya olunmuş həll ilə əvəz edilib.

Layihə çərçivəsində maliyyə, idarəetmə uçotu, büdcə planlaşdırması, satınalma, satış və insan resurslarının idarə olunmasını əhatə edən əsas SAP modulları tətbiq olunub:

• FI – Financial Accounting (maliyyə və mühasibat uçotu)

• CO – Controlling (idarəetmə uçotu və xərclərə nəzarət)

• FM – Funds Management (büdcə və maliyyə planlaşdırması)

• MM – Material Management (satınalma və materialların idarə olunması)

• SD – Sales and Distribution (satış və paylama proseslərinin idarə olunması)

• HCM / SAP SuccessFactors (insan resurslarının idarə olunması)

• IM – Inventory Management (anbar ehtiyatlarının idarə olunması)

Elnur Əliyev onu da qeyd edib ki, həyata keçirilən SAP ERP və rəqəmsal transformasiya layihəsi beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. Onun sözlərinə görə, Agro Dairy şirkətinin SAP S/4HANA ERP PCE və SuccessFactors əsaslı transformasiya proqramı SAP tərəfindən təşkil olunan “SAP Quality Awards 2025 CEE” müsabiqəsində “Business Transformation – Enterprise Solutions” kateqoriyasında qalib seçilib.

“Bu mükafat layihəmizin beynəlxalq standartlara uyğun, yüksək keyfiyyətlə və peşəkar şəkildə icra olunduğunun rəsmi təsdiqidir. Eyni zamanda, SAP-ın tətbiq etdiyi ‘10 Quality Principles’ çərçivəsində layihənin bütün mərhələlərinin düzgün və ardıcıl şəkildə həyata keçirildiyini göstərir,” – deyə o bildirib.

Layihə Agro Dairy şirkətinin daxili komandalarının koordinasiyası ilə beynəlxalq implementasiya təcrübəsinə malik tərəfdaşların iştirakı ilə həyata keçirilib. T4Data əsas ERP implementasiya tərəfdaşı, Vesacons isə SAP SuccessFactors Employee Central həlləri üzrə tərəfdaş kimi çıxış edib.

HR proseslərinin rəqəmsallaşdırılması çərçivəsində SAP SuccessFactors Employee Central həlli ilkin olaraq Agro Dairy-də tətbiq olunub, daha sonra isə formalaşdırılmış model əsasında şirkətin Taxıl Emalı biznes bölməsində də tətbiq edilib

Agro Dairy şirkətinin ERP layihə rəhbəri Kamran Hümmətov bildirib ki, bu təşəbbüs şirkətin innovativ inkişaf strategiyasında yeni mərhələnin başlanğıcını ifadə edir:

“Bu gün artıq əldə olunan nəticələri praktik fəaliyyətimizdə görürük. Qarşıdakı dövrdə bu müasir texnoloji yenilənmənin şirkətin digər biznes bölmələrinə də mərhələli şəkildə tətbiqi planlaşdırılır. Növbəti addımda isə süni intellekt və analitik həllərdən istifadə etməklə əməliyyat səmərəliliyini daha da artırmağı və qərarvermə proseslərini tam rəqəmsal əsas üzərində qurmağı hədəfləyirik.”

PAŞA Holding-in törəmə şirkətlərindən olan Agro Dairy şirkəti RISE with SAP üzərində SAP S/4HANA Private Cloud ERP sisteminə keçidi Azərbaycanın aqrar sektorunda rəqəmsal transformasiya istiqamətində mühüm addımlardan biri hesab olunur və bu layihə iri aqrar bizneslər üçün uğurlu nümunə kimi qiymətləndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://marja.az
archiveBu xəbər 06 Aprel 2026 08:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri