Icma.az
close
up
RU
Agro Dairy şirkəti fəaliyyətinin 10 illik yubileyini qeyd edib

Agro Dairy şirkəti fəaliyyətinin 10 illik yubileyini qeyd edib

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Agro Dairy" şirkəti ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması və müvafiq dövlət proqramlarının icrası zərurətindən irəli gələrək 2014-cü ilin sonunda təsis edilib, 2015-ci ildən etibarən fəaliyyətə başlayıb. Hazırda 14 ixtisaslaşmış müəssisəni özündə birləşdirən şirkət bu əlamətdar günü əməkdaşlarının iştirakı ilə təşkil olunan xüsusi tədbirlə qeyd edib.

Yubiley tədbirinə açılış nitqi ilə başlayan şirkətin Baş icraçı direktoru Niyazi Əmirbəyov bütün qonaqları salamlayaraq bildirib:

"Agro Dairy" olaraq 10 il əvvəl fəaliyyətə başladığımız ilk gündən etibarən regionlarda istifadəsiz qalmış torpaq sahələrini bərpa edərək onları kənd təsərrüfatı üçün yararlı və yüksək məhsuldarlığa malik ərazilərə çevirməyə nail olmuşuq. Şirkətimiz yerli fermerlərin yüksək məhsuldarlığa malik və stres amillərinə davamlı toxumlara olan ehtiyacını qarşılayaraq, onlara birinci reproduksiyalı və sertifikatlaşdırılmış toxumlar təqdim etməklə daim dəstək göstərir. İllər öncə 100 nəfərə yaxın əməkdaşla başladığımız bu yolda bu gün artıq 3000 nəfərlik böyük bir komandaya çevrilmişik. Bu göstəricilər sübut edir ki, qarşıdakı illərdə sürətlə böyüyəcək və fəaliyyət sahəmizi daha da genişləndirəcəyik.

Ən böyük məmnuniyyətimiz odur ki, missiyamız, strategiyamız və hədəflərimiz Azərbaycanın və regionun ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəlib. İnanırıq ki, əməkdaşlarımızın səyi və partnyorlarımızla birgə atdığımız addımlar nəticəsində bu hədəflərə uğurla nail olacağıq."

Daha sonra Niyazi Əmirbəyov çıxış üçün "PASHA Holding"in Baş icraçı direktoru Cəlal Qasımova söz verib. Cəlal Qasımov "Agro Dairy" kollektivini 10 illik yubiley münasibətilə təbrik edərək bildirib ki, bu gün iqtisadi qeyri-müəyyənliklər, bazar rəqabətinin artması və xüsusilə təbiət amillərindən asılı olan bir sahədə fəaliyyət göstərərək 10 illik inkişaf yolunu uğurla keçmək və bu yubileyi qeyd etmək olduqca önəmli və dəyərli hadisədir.

O qeyd edib ki, bu illər ərzində göstərilən birgə əmək nəticəsində bu gün ölkənin aparıcı kənd təsərrüfatı şirkətlərindən birinin yubileyinə şahidlik etmək hər birimiz üçün böyük qürur mənbəyidir. "Agro Dairy" artıq 10 ildir ki, Azərbaycanın kənd təsərrüfatı sahəsində davamlı inkişafın əsas aparıcı qüvvələrindən biri kimi mühüm rol oynayır.

Şirkəti təbrik edən fəxri qonaqlar çıxışlarını yekunlaşdırdıqdan sonra "Agro Dairy" şirkəti yarandığı gündən 10 illik fəaliyyəti dövründə çalışan əməkdaşlar xüsusi nominasiyalarla təltif olunublar.

Rəsmi hissənin başa çatması ilə proqram musiqili çıxışlar, rəqslər və əyləncəli oyunlarla davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 May 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri