Agro West DC və Rublovskiy əməkdaşlıq haqqında müqavilə imzaladı
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın aparıcı ət məhsulları distributorlarından olan “Aqro-Vest DC” MMC Rusiya istehsalçısı “Rublovskiy” Ticarət Evi ilə strateji əməkdaşlıq müqaviləsi imzalayıb.
Modern.az xəbər verir ki, bu müqavilə Azərbaycan bazarına geniş çeşiddə kolbasa və delikates məhsullarının tədarükünü nəzərdə tutur. Razılaşma “Rublovskiy” brendinin regional bazarda mövqelərini gücləndirmək, satış şəbəkələrində məhsul çeşidini genişləndirmək və keyfiyyətli məhsulları istehlakçılar üçün daha əlçatan etmək baxımından yeni imkanlar açır.
”Rublovskiy” kimi tanınmış bir brendlə əməkdaşlığa başlamaqdan məmnunuq. Bu, Azərbaycanda premium ət məhsullarının distribusiyasını daha da inkişaf etdirməyə yönəlmiş mühüm addımdır”, - deyə “Aqro-Vest DC” MMC-nin nümayəndəsi Elvin Aslanov bildirib.
“Aqro-Vest DC” MMC ilə əməkdaşlıq bizə böyük potensiala malik yeni bazara çıxmaq imkanı yaradır. Əminik ki, məhsullarımız keyfiyyət və ənənəyə dəyər verən Azərbaycan alıcıları tərəfindən yüksək qiymətləndiriləcək”. Bu sözləri “Rublovski” Ticarət Evinin nümayəndəsi Dmitri Kondraşov söyləyib.
İstehlakçılar iyun ayının əvvəlindən Azərbaycanın aparıcı satış nöqtələrinin rəflərində “Rublovskiy” məhsullarını görə biləcəklər.
Bildirək ki, bundan sonra şirkətlər birgə marketinq tədbirləri keçirmək və Azərbaycanın bütün ərazisində stabil distribusiya şəbəkəsini inkişaf etdirməyi nəzərdə tutublar.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 22 May 2025 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















