“Azərpoçt” və “Silk Way West Airlines” əməkdaşlıq memorandumu imzalayıblar
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC və regionun aparıcı yükdaşıyıcılarından olan “Silk Way West Airlines” arasında əməkdaşlıq memorandumu imzalanıb.
“Azərpoçt”dan “APA-Economics”ə verilən məlumata görə, memorandum poçt logistikası, hava nəqliyyatı və e-ticarət daşımaları sahələrində tərəfdaşlığın gücləndirilməsini və qarşılıqlı əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Eyni zamanda beynəlxalq və yerli yük daşımaları, poçt çeşidlənməsi, anbar xidmətləri və logistika proseslərinin optimallaşdırılması kimi istiqamətlərdə strateji əməkdaşlığı müəyyən edir. Hər iki qurum öz təcrübə və infrastruktur imkanlarını birləşdirərək Azərbaycanın daxilində və xaricində poçt və yükdaşımanın səmərəliliyini artırmağı hədəfləyir.
Memoranduma əsasən, “Azərpoçt” beynəlxalq e-ticarət bağlamalarının və poçt göndərişlərinin Bakıya və digər istiqamətlərə daşınması üçün “Silk Way West Airlines”a məxsus qlobal uçuş şəbəkəsindən istifadə edəcək. Bu, yük həcmini artıracaq, eyni zamanda ölkə daxilində çeşidləmə, son çatdırılma və emal əməliyyatlarını təmin edəcək.
Qeyd edək ki, əməkdaşlıq, həmçinin Ələt Azad İqtisadi Zonasında yeni imkanların yaranmasına təkan verəcək. Tərəflər burada birgə logistika həlləri və müasir paylama modellərinin tətbiqini planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 17 Noyabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















