Ağstafa İcra Hakimiyyətinin həyətində kürəkən qohumlarını öldürməklə hədələdi TƏFƏRRÜAT
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Ağstafa Rayon İcra Hakimiyyətinin inzibati binasının həyətində qohumlar arasında dava olub.
Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü rayon sakini Teymur Babayev İcra Hakimiyyətinin inzibati binasının həyətində ucadan səs-küy salıb. Qayınatası Cəfər Quliyev (ad-soyad şərti verilib – red.) və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib.
T.Babayevin barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, həyat yoldaşı ilə boşanma ərəfəsindədir: “Məlum hadisə günü qəyyumluqla bağlı Ağstafa rayon İcra Hakimiyyətində iclasda olan zaman qayınatam və qayınanamın mənim anamla kobud rəftar etdiyi üçün əsəbləşdim. İclasdan çıxanda onlara qarşı nalayiq ifadə işlətdim”.
İş üzrə zərərçəkmiş bildirib ki, kürəkəni İcra Hakimiyyətinin binasının həyətində ucadan səs-küy salıb, ünvanlarına təhqiramiz ifadələr işlədib, onları öldürəcəyi ilə hədələyib.
Ağstafa Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs 10 gün müddətə inzibati qaydada həbs edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 20 Oktyabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















