Icma.az
close
up
RU
Kürdəmirdə arvadının işləməsini istəməyən kişi onu öldürməklə hədələdi TƏFƏRRÜAT

Kürdəmirdə arvadının işləməsini istəməyən kişi onu öldürməklə hədələdi TƏFƏRRÜAT

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kürdəmir rayonunda 1983-cü il təvəllüdlü İlqar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Vüsaləni (adlar şərti göstərilib – red.) öldürməklə hədələyib. 
Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə Kürdəmir şəhərində baş verib. 
İlqar rayon mərkəzində yerləşən mağazada satıcı işləyən arvadı Vüsaləni üzərində gəzdirdiyi mətbəx bıçağını göstərməklə, hədənin icra ediləcəyi üçün real əsas yaradıb. Ona “çıx bayıra səni öldürəcəm” sözlərini deməklə əlində ki bıçaqla onun arxasınca gedib və arvadını öldürməklə hədələyib. 
Hadisəni törədən İlqarın barəsində Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Vüsalə ilə 2012-ci ildə ailə həyatı qurub:
“Vüsalə ilə birgə nikahımızda 3 azyaşlı uşağım var. Onunla əvvəllər münasibətlərimiz yaxşı olub. Əvvəllər Kürdəmir rayonu ərazisində yerləşən oteldə ofisiant kimi işləmişəm. Həmin vaxt maddi durumum normal olub. Lakin, son iki ildir ki oradan işdən çıxdığıma görə maddi durumum aşağı düşüb. Buna görə də müxtəlif yerlərdə günlük işlə məşğul oluram. Son iki il ərzində Vüsalə ilə ailə daxili münasibətlər zəminində mübahisələrimiz yaranıb. Buna səbəb isə Vüsalənin işləmək istəməsi və anasının sözü ilə oturub durması olub. Vüsalənin anası da mənə qızının işləyəcəyini dediyinə görə, buna etiraz edərək onun işləməyəcəyini demişəm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, lakin sonradan maddi durumu aşağı olduğu üçün 2023-cü ilin dekabr ayında Vüsalə ticarət mərkəzində satıcı kimi işə düzəlib: 
“Həmin vaxt özüm işsiz olmuşam. Lakin sonradan iş tapdığıma görə Vüsalənin satıcı kimi işləməsini istəməmişəm. Buna görə də ona dəfələrlə işdən çıxmasını desəm də, o işləyəcəyini deyərək mübahisə yaradıb. Təxminən 2024-cü ildə Vüsalə ilə yenidən işdən çıxması üstündə mübahisələrimiz  yarandı. Mübahisə zamanı Vüsalə uşaqları da götürərək evdən çıxdı və anasının evinə getdi”. 
İlqarın ifadəsinə görə, məlum hadisə günü, saat 18 radələrində yaşadığı evdən bir ədəd üzərində mətbəx bıçağını götürərək Vüsalənin işlədiyi  gedib və məqsədi  onu işdən çıxarmağa məcbur etməsi olub: 
“Vüsalə işdən çıxmayacağını dediyi tədqirdə isə bıçaqla onu qorxuzmaq fikrində olmuşam. Buna görə də Vüsalənin işlədiyi mağazaya getdim. Mağazada Vüsalənin yanına gedərək məni çölə çağırdı. Lakin Vüsalə mənimlə birlikdə çölə çıxmadı. Buna görə də Vüsaləni qorxuzmaq üçün üstümdə evdən götürdüyüm bıçağı çıxardım və Vüsaləyə göstərərək çölə çıxmasını istədim. Vüsalə əlimdə bıçağı görərək qaçaraq uzaqlaşdı. Vüsaləni çölə çıxarmaq üçün arxasınca getdim. Vüsalə çölə çıxmadığına görə mağazadan çıxaraq getdim. Sonradan isə Vüsaləni hədələdiyim bıçağı gətirərək rayon polis şöbəsinə könüllü olaraq təhvil verdim. Bıçağa baxış keçirildi və götürüldü”.
İlqar qeyd edib ki, Vüsalənin işdən çıxmasını istədiyinə görə onu qorxuzmaq məqsədi ilə bıçaqla onun işlədiyi mağazaya gedib: 
“Vüsalənin dedikləri ilə qisminə razıyam. Bıçağı çıxararaq “səni öldürəcəm” demişəm ki məcbur işdən çıxsın. Lakin Vüsaləni öldürmək niyyətim olmayıb. Həmin hadisəni Vüsalə, mağazada işləyən başqa satıcılar və tanımadığım müştərilər görüb. Vüsaləyə bıçaqla xəsarət yetirməyimə imkanı olsa da, niyyətim onu qorxuzmaq olduğuna görə ona heç bir xəsarət yetirməmişəm”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Vüsalənin sözlərinə görə, təqsirləndirilən İlqar ilə 2012-ci ildə ailə qurub, həmin nigahdan 3 uşaqları var: 
“İlqar ilə ailə qurduqdan sonra ailədə münasibətlərimiz heç də yaxşı olmayıb. İlqar həmişə evdə mübahisə edərək münaqişə yaradıb. İlqar spirtli içkiyə meyilli olduğudan uşaqlara baxmadığına görə məcburiyyət qarşısında qalaraq işləməyə məcbur olmuşam. Geyim mağazasında satıcı kimi işə düzələrək işləmişəm. Hətta bir dəfə boşanmaq üçün Kürdəmir rayon Məhkəməsinə ərizə vermişəm. Lakin həmin vaxt İlqar içkini atdığına görə və uşaqlarıma görə bağışlamışam. Lakin buna baxmayaraq ailədaxili münasibətlər zəminində mübahisələrimiz davam edib. Hətta bir neçə dəfə Kürdəmir Rayon Polis Şöbəsinə İlqarın şiddət göstərməsi barədə ərizə ilə müraciət etmişəm. Həmin vaxt araşdırma aparılıb”. 
Zərərçəkmiş qeyd edib ki, hadisə günü işdə olduğu vaxt saat 18 radələrində vitrində müştəriyə paltarları göstərib və bu zaman İlqar arxadan ona yaxınlaşaraq qəflətən “çantanı götür çölə çıx” deyib: 
“Mən İlqara “çıx get, məni narahat etmə, yoxsa polisə məlumat verəcəm” dedim. İlqar bir az gözlədikdən sonra mağazadan çıxdı. Bir qədər sonra İlqar yenidən mağazaya gələrək “sənə demirəm çölə çıx” dedi. İlqara işdə olduğumu dedim. İlqar yenə mağazadan çıxdı. Kassaya yaxınlaşaraq bir dəqiqəlik çölə çıxmaq üçün icazə istədim. Sonra mağazadan çıxdım. İlqar uca səslə məni söyərək təhqir etdi və “çantanı götürüb bu dəqiqə çıxıb gedirsən” dedi. Mağazaya qayıdaraq işimə davam etdim. 
Aradan bir müddət keçdikdən sonra çantalar olan yerdə müştəriyə məktəb çantaları seçən zaman İlqar mağazanın çöl tərəfində pilləkənin yanında dayandı, tərs-tərs baxdı. Müştəriyə çantanı seçdikdən sonra kassaya apardm. Çantanın qiyməti hesablandıqdan sonra çantanı sellofan torbaya qoydum. Yenidən uşaq geyimi olan tərəfə getdim. Vitrinə paltar asan vaxt İlqarın arxasında dayandığımı və əlimdə bıçaq olduğunu gördüm. Arxaya çevrilən vaxt İlqar bıçağı mənə tərəf uzadaraq məni söyüb təhqir etdi, “səni öldürəcəm” dedi. 
İlqarın məni bıçaqla öldürəcəyindən qorxaraq kağız yeşiklərin üstündən tullanaraq qaçdım. İlqar da arxamca düşdü. Mağazada işləyən iş yoldaşlarım Lalə və Səliməyə “telefon verin polisə məlumat verəcəm ki, Natiq məni bıçaqla öldürmək istəyir” dedim. İlqar da əlimdə olan bıçağı gizlətdi. İlqarın məni bıçaqla öldürəcəyi ilə hədələməsini hadisə zamanı mağazada işləyən iş yoldaşlarım və müştərilər görüb”. 
Bu cinayət işinə Kürdəmir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İlqar 1 il 4 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 
Təqsirləndirilən şəxsin üzərinə Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 3-də yerləşən evi gecə saat 23.00-dan səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, spirtli içkiləri qəbul etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq vəzifəsi qoyulub. 
Təqsirləndirilən şəxsin üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Dekabr 2024 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri