Icma.az
close
up
RU
Ağstafa: “Suverenlik yolunun başlanğıcı”

Ağstafa: “Suverenlik yolunun başlanğıcı”

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ağstafada “Konstitusiya və Suverenlik İli” çərçivəsində 14 iyul 1969-cu il Ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsinə həsr olunmuş “14 iyul 1969-cu il: Suverenlik yolunun başlanğıcı” mövzusunda tədbir təşkil olunub. 

Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə rayon rəhbərliyi ilə yanaşı şəhid ailələrinin üzvləri, qazilər, məsul şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Mərkəzin qarşısında Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.

Mərkəzin akt zalında davam etdirilən tədbirdə Dövlət Himnimiz səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Ulu Öndərin zəngin və mənalı həyatından, siyasi fəaliyyətindən və dövlətçilik məfkurəsindən bəhs olunan sənədli film nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Ağstafa RİH başçısı Seymur Orucov Ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan rəhbərliyinə gəlişinin milli tariximizə unudulmaz bir gün olaraq yazıldığını qeyd edib. Heydər Əliyevin yorulmaz, məqsədyönlü fəaliyyəti, həyata keçirdiyi mötəbər tədbirlər Azərbaycanın müstəqilliyi, siyasi-iqtisadi gücü, dünyada tanınması üçün əvəzsiz və təkrarolunmaz təməl olduğunu bildib və deyib ki, Azərbaycan Ulu Öndərin rəhbərlik etdiyi 1969-1982-ci illərdə sovet respublikaları içərisində öndə olub. O dövrdə həyata keçirilən tədbirlər müstəqil Azərbaycanın bu gününə xidmət edirdi. Həmin tarixdən illər keçməsinə baxmayaraq, xalqımız Ulu Öndərimizin uzaqgörən, elmi-iqtisadi cəhətdən əsaslandırılmış siyasətinin bəhrəsini görür.

Daha sonra tədbirdə YAP rayon təşkilatının aparat rəhbəri Etibar Hacıyev, əməkdar müəllim İndira Vəliyeva, DSMF-nin Qazax-Tovuz Regional filialının Ağstafa rayon qəbul şöbəsinin müdiri Asif Qənbərov və Ağstafa rayon Mərkəzi Xəstəxanası PHŞ-nını direktor müavini Teyyub Carçıyevin çıxışları dinlənilib.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 İyul 2025 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri