Icma.az
close
up
RU
Şirvanda keçirilən konfransda Azərbaycanın suverenlik yolunun tarixindən danışılıb

Şirvanda keçirilən konfransda Azərbaycanın suverenlik yolunun tarixindən danışılıb

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Şirvan, 28 may, Aydın Yavərzadə, AZƏRTAC

Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan Apellyasiya Məhkəməsi və Şirvan Regional Ədliyyə İdarəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Müstəqillik Gününə həsr olunmuş “Azərbaycanın suverenlik yolunun tarixi” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Şirvan Regional Ədliyyə İdarəsinin rəisi Nizami Hüseynov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailəsi üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları öncə Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edənlər bildiriblər ki, 1918-ci il mayın 28-də Azərbaycan xalqı dünya tarixinə öz azadlıq iradəsini bəyan edib. Məhz həmin gün Şərqdə ilk parlamentli, demokratik və dünyəvi respublika yaradılıb. Bu, xalqımızın dövlətçilik tarixində qürurverici bir dönüş nöqtəsi olub.

Diqqətə çatdırılıb ki, XX əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycan Ulu Öndər Heydər Əliyevin siyasi təfəkkürü, idarəçilik təcrübəsi və çoxşaxəli fəaliyyəti sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamaqdan, yəni qısa zamanda müstəqilliyini itirməkdən xilas olub. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev həmin dövrdə müstəqilliyimizi qorudu və müasir, güclü, nüfuzlu dövlət kimi çıxış edən, regionda lider ölkəyə çevrilən Azərbaycanın təməlini qoydu.

Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin hüquqi, demokratik və dünyəvi dövlət kimi inkişafının əsasını təşkil edir. Bu Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də Ulu Öndərin dövlət idarəçiliyi fəlsəfəsini özündə əks etdirən mühüm siyasi irsdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi xətt uğurla davam etdirilir. Vurğulanıb ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində mühüm hadisədir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən idi. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatlarına cavab olaraq başlanan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edib. Bu qələbələr ölkəmizin tarixində yeni mərhələnin başlanğıcını qoyub.

Daha sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsindəki tarixi rolunu əks etdirən “Əbədiyyətin ilk əsri” sənədli filmi nümayiş olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 May 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri