Icma.az
close
up
RU
Ağstafada 2 Fevral Gənclər Gününə həsr edilmiş “Gənclər sabahımızdır” adlı tədbir keçirilib

Ağstafada 2 Fevral Gənclər Gününə həsr edilmiş “Gənclər sabahımızdır” adlı tədbir keçirilib

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

30 yanvar 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən 2 Fevral – Gənclər Gününə həsr edilmiş “Gənclər sabahımızdır” adlı tədbir keçirilib.

Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, rayon təşkilatının ictimai-siyasi həyatında fəallıq göstərən gənc partiya üzvləri, Ərazi Partiya Təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdən əvvəl Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra Heydər Əliyev Mərkəzinə ekskursiya olunub. Tədbir iştirakçıları mərkəzdə müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin, mənalı ömür yolundan bəhs edən kitab sərgisi və muzey eksponatları ilə tanış olublar, həmçinin onlara Ulu Öndərin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib.

Tədbir YAP Ağstafa rayon təşkilatının inzibati binasında davam etdirilib.

Tədbirə başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Yeni Azərbaycan Partiyasının, müasir, müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev ilk öncə tədbir iştirakçılarını qarşıdan gələn 2 Fevral – Gənclər Günü münasibətilə təbrik edib və  bildirib ki, 2 fevral – Azərbaycan Gəncləri Günüdür. Bu günün Gənclər Günü kimi elan olunması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1996-cı il fevralın 2-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Gənclərin I Forumu keçirilmişdir. 1997-ci ildən başlayaraq Prezident Heydər Əliyevin Sərəncamına əsasən hər il fevral ayının 2-si Azərbaycanda Gənclər günü kimi qeyd olunur.

Tədbirdə çıxış edən digər natiqlər öz növbələrində qeyd ediblər ki, gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxıb.

Sonra YAP Ağstafa rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman, qiymətli hədiyyələr və partiya sıralarına yeni qoşulanlara isə üzvlük vəsiqələri təqdim edilib.

2 Fevral – Gənclər Gününə həsr edilmiş film nümayiş etdirilib və tədbirin yekununda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Sonda xatirə şəkli çəkdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Yanvar 2026 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see506

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see222

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see209

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see208

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see197

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see184

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see179

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see175

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see175

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see156

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see155

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see152

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see150

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see144

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri