Icma.az
close
up
RU
Ağstafada Gənclər Gününə həsr edilmiş “Gəncliyimiz milli dəyərlərə sadiqdir” adlı tədbir keçirilib

Ağstafada Gənclər Gününə həsr edilmiş “Gəncliyimiz milli dəyərlərə sadiqdir” adlı tədbir keçirilib

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

02 fevral 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Rəfail Əsədov küçəsi 14” və “Mədəniyyət işçiləri” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə 2 Fevral – Gənclər Gününə həsr edilmiş “Gəncliyimiz milli dəyərlərə sadiqdir” adlı tədbir keçirilib.

Tədbirdən əvvəl Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.

Tədbir Ağstafa rayon Heydər Əliyev Mərkəzin inzibati binasında davam etdirilib.

Tədbirə başlamazdan öncə Yeni Azərbaycan Partiyasının, müasir, müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “Rəfail Əsədov küçəsi 14” Ərazi Partiya Təşkilatının sədri Turan Hüseynov ilk öncə tədbir iştirakçılarını 2 Fevral – Gənclər Günü münasibətilə təbrik edib və  bildirib ki, Azərbaycan Respublikasında gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilir. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu və qəbul olunmuş dövlət proqramları gənclərin hərtərəfli inkişafına hüquqi zəmin yaradır.

Tədbirdə çıxış edən digər natiqlər – “Mədəniyyət işçiləri” Ərazi Partiya Təşkilatının sədri Gülgün Kərimov, Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Ağstafa Gənclər Evi sosial xidmət müəssisəsinin əməkdaşı Kifayət Əlisəndərova, “H.Arif küçəsi” Ərazi Partiya Təşkilatının sədri Şahhüseyn Qurbanov, YAP Ağstafa rayon təşkilatının əməkdaşı Aytən Məmmədli və Ağstafa rayonu Mərkəzləşdirilmiş kitabxana Sisteminin əməkdaşı Günay Qədiməliyeva öz növbələrində qeyd ediblər ki, müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyev hələ 90-cı illərin çətin şəraitində gəncliyə "Milli Sərvətimiz" kimi müraciət edərək, bu bayramı bizə əmanət etdi. Ulu Öndər yaxşı bilirdi ki, müstəqilliyi qorumaq onu qazanmaqdan daha çətindir və bu məsuliyyətli iş yalnız vətənpərvər, bilikli və sarsılmaz gəncliyin çiyinlərində yüksələ bilər. Bu gün biz bu salonda toplaşarkən, sadəcə bir təqvimi qeyd etmirik; biz dövlətimizin sarsılmaz gələcəyini, gəncliyimizin gücünü və birliyimizi bayram edirik!

2 Fevral – Gənclər Gününə həsr edilmiş film nümayiş etdirilib.

Sonra Ağstafa rayonunun ictimai-siyasi həyatında fərqlənən bir qrup fəala fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

Daha sonra Heydər Əliyev Mərkəzinə ekskursiya olunub. Tədbir iştirakçıları mərkəzdə müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin, mənalı ömür yolundan bəhs edən kitab sərgisi və muzey eksponatları ilə tanış olublar, həmçinin onlara Ulu Öndərin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib.

Sonda xatirə şəkli çəkdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Fevral 2026 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri