Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

Ağstafada “Əbədi müstəqilliyin memarı: Heydər Əliyev” mövzusunda tədbir keçirilib

Ağstafada “Əbədi müstəqilliyin memarı: Heydər Əliyev” mövzusunda tədbir keçirilib

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı, Ağstafa Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Əbədi müstəqilliyin memarı: Heydər Əliyev” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, YAP Ağstafa rayon təşkilatının və Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri, qazilər, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub, Heydər Əliyev Mərkəzində sərgiyə baxış keçirilib və ekskursiya təşkil edilib.

Mərkəzdə tədbir iştirakçılarına müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının taleyində müstəsna rol oynamış böyük dövlət xadimidir. O, hələ Sovet İttifaqı dövründə Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə ölkəmizi qabaqcıl və inkişaf etmiş bir respublikaya çevirmişdi. Onun təşəbbüsü ilə yüzlərlə sənaye müəssisəsi yaradıldı, təhsil və mədəniyyət sahələrində böyük irəliləyişlər baş verdi. Bu gün Prezident, Partiyamızın Sədri cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək ölkəmizi qlobal gücə çevirib. Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan tarixi Qələbələrə imza ataraq ölkəmizin ərazi bütövlüyünü, suverenliyi bərpa etdi. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan həm regional, həm də qlobal miqyasda söz sahibi olan dövlətə çevrilib. Bütün bu nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti dayanır.

Geniş məruzə ilə çıxış edən YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev bildirib ki, Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımıza ləyaqətlə xidmət etmiş, bütün güc və bacarığını Azərbaycan xalqının rifahına və milli dövlətçilik ideyalarınının gerçəkləşdirilməsinə yönəltmişdir. Ümummilli Liderin xalqımıza və milli dövlətçiliyimizə qazandırdığı nailiyyətlər yalnız Azərbaycanın müstəqilliyini, mövcudluğunu qorumaq və inkişaf yollarına çıxarmaqla məhdudlaşmır. Yeni əsrin başlanğıcında Ulu Öndərin liderliyi ilə ölkəmizin qarşısında duran bir çox məsələlər artıq öz uğurlu həllini tapmış, gələcəyin güclü, qüdrətli Azərbaycanının sarsılmaz bünövrəsi qoyulmuşdur. Bu gün Azərbaycan qalib ölkə, xalqımız müzəffər xalq kimi yaşayır, azad olunmuş torpaqlarımızı qurub-yaradır. Bu zəfərlərin memarı Heydər Əliyev siyasəti və bu siyasəti uğurla həyata keçirən Prezident İlham Əliyevdir.

Tədbirdə çıxış edən digər natiqlər - Ağstafa rayon Ağsaqqallar Şurasının sədri Sənan Mustafayev, Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin müdiri Əziz Məsmalıyev, Ağstafa rayon Dağ Kəsəmən kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Vüsal Həsənov və Ağstafa rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi  Şəxsin Təcili Tibbi Yardım şöbəsinin müdiri Həcər Namazova qeyd ediblər ki, Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edərək müstəqil dövlətçiliyimizin möhkəm təməlini qoymuş, milli birliyi və gələcəyə inamı formalaşdırmışdır. Onun siyasi irsi bu gün də ölkəmizin inkişaf strategiyasının əsas dayağı kimi çıxış edir. İnkişaf yolunda inamla irəliləyən müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin həyat amalının təntənəsidir.

Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, YAP sıralarına yeni qəbul olunan üzvlərə isə partiya vəsiqələri təqdim edilib.

Tədbir Ağstafa rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 May 2026 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see348

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see329

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see309

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see303

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see301

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see292

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see284

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see270

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see268

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see254

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see249

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see244

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see239

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see231

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see227

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see224

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see224

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see219

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see214

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri