Icma.az
close
up
RU
Heydər Əliyev ideyaları əbədi olaraq yaşayacaq!

Heydər Əliyev ideyaları əbədi olaraq yaşayacaq!

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Elçin Quliyev,

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Ulu Öndər Heydər Əliyev misilsiz xidmətləri ilə Azərbaycan xalqının qəlbində özünün abidəsini ucaldıb. Xalqımız, bütün dünya azərbaycanlıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini daim uca tutur, böyük ehtiramla yad edir. Tarixi təcrübə göstərir ki, xalqların rifahını, dövlətlərin isə yüksəlişini, intibahını və inkişafını təmin edən amillər sırasında lider fenomeni və ya liderlik faktoru xüsusi yer tutur. Analitiklər, tədqiqatçılar liderləri adətən tarixi şəxsiyyət kimi təsvir və təqdim edir. Amma yüksək idarəetmə mədəniyyətinə və qabiliyyətinə, zəngin dövlətçilik təcrübəsinə, vətənpərvərlik ruhuna və Vətən sevgisinə malik olan, xalqın dəstəyinə arxalanan liderlər yeni tarix yazır, yaradır və tarixə çevrilirlər – ictimai-siyasi yaddaşa əbədi həkk olunurlar. Eynilə Azərbaycan xalqının Ümummilli Lideri, müdrik dövlət xadimi Heydər Əliyev kimi.

Ulu öndər Heydər Əliyevin siyasi irsi, əslində dövlətçilik tarixidir. Çünki o, bir-birindən kəskin fərqlənən iki ayrı dövrdə - həm SSRİ dönəmində, həm də müstəqillik illərində respublikamıza uğurla rəhbərlik edib, milli tərəqqini – iqtisadi inkişafı, mədəni intibahı və siyasi yüksəlişi təmin etməyə müvəffəq olub. Ümummilli Liderin iki fərqli dövrdə və əsrdə gördüyü işlər Azərbaycanın siyasi simasını, milli obrazını formalaşdırıb.

 İlk növbədə qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyev müstəqillikdən öncə respublikamızın perspektivi üçün güclü iqtisadi dayaqlar, siyasi sütunlar yaratmağa müvəffəq olub. 1969-cu ilin 14 iyulunda Azərbaycanda siyasi hakimiyyətə gələn Heydər Əliyev islahat xarakterli tədbirlər vasitəsilə respublikamızı tənəzzüldən xilas edərək inkişaf yoluna çıxmasını təmin edib. Azərbaycan aqrar ölkədən sənaye ölkəsinə çevrilib, güclü kadr bazası formalaşdırılıb. Ulu Öndərin 1969-1982-ci illərdə respublikamıza rəhbərliyi Azərbaycanın siyasi tarixinin mühüm səhifələrindən biridir. Bununla yanaşı, Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyəti də mühüm ictimai-siyasi və ideoloji əhəmiyyətə malikdir. Faktlara diqqət edək: Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız qaldırılıb;  Naxçıvan MSSR adından “Sovet Sosialist” ifadəsi çıxarılıb; 1990-cı il yanvar ayının 20-də Bakıda törədilmiş qanlı hadisələrə siyasi qiymət verilib; Naxçıvan əhalisinin SSRİ-nin saxlanılmasına dair keçirilən referendumda iştirak etməməsi haqqında qərar qəbul edilib; 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qərar verilib.

 Bütün bunlar Azərbaycan dövlətçiliyinin siyasi və ideoloji əsaslarının gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malik olmaqla yanaşı, müstəqilliyə gedən yolda müstəsna önəm daşıyıb. Bu gün haqlı olaraq qeyd edirik ki, Azərbaycan xalqı öz müstəqil, nüfuzlu və qüdrətli dövləti ilə qürur duyur. Və iftixarla vurğulamaq lazımdır ki, müasir müstəqil Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Müstəqillik illərinin hadisələri və prosesləri bu təkzibedilməz reallığı tam təsdiqləyir. Ümummilli Liderimizin Azərbaycan xalqı qarşısında ən böyük – misilsiz xidmətlərindən biri də siyasi varisliyin təmin olunmasıdır. Ulu Öndər özündən sonra Azərbaycana şərəflə, ləyaqətlə və uğurla rəhbərlik edərək xalqın rifahını, dövlətin isə mənafeyini təmin edəcək qətiyyətli lider yetişdirməklə  tarixi missiya yerinə yetirdi. Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlər qazanaraq regionun lider dövlətinə, etibarlı və perspektivli tərəfdaşa çevrilib, qalib ölkə statusu qazanıb.

Bu gün Heydər Əliyev ideyaları, Prezident İlham Əliyevin siyasəti müasir müstəqil Azərbaycan dövlətinə möhtəşəm nailiyyətlər qazandırır. Şübhəsiz ki, çoxəsrlik dövlətçilik tarixində heç vaxt bu qədər qüdrətli olmayan Azərbaycan  hər birimizin – dünya azərbaycanlılarının sonsuz qürur və iftixar mənbəyidir. Bu nailiyyətlərin əsasını qoyan Ulu Öndər  Heydər Əliyevin ideyaları əbədi olaraq yaşayacaq!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Dekabr 2024 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri