Icma.az
close
up
RU
Ağstafada Kitab bayramı keçirildi FOTOLAR

Ağstafada Kitab bayramı keçirildi FOTOLAR

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Bayram tədbiri Ağstafa Rayon İcra Hakimiyyəti və Tovuz-Qazax Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ağstafa şəhəri, Səməd Vurğun adına istirahət parkında keçirilib. 

Globalinfo.az bildirir ki, ictimai-mədəni tədbirdə Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, Ümummilli Lider Heydər Əliyevin irsindən, eyni zamanda, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın həyat və fəaliyyətindən bəhs edən kitablar, milli nəşr mədəniyyətimizdən nümunələr, Azərbaycan klassiklərinin və çağdaş ədəbiyyatımızın, eləcə də dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri, ağstafalı yazarların nəşrləri sərgilənib.

Tədbirdə çıxış edən natiqlər Kitab bayramının keçirilməsinin yüksək əhəmiyyətindən söz açıblar. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev kitaba, kitabxanaya, ədəbiyyata, milli-mənəvi dəyərlərimizə daim diqqət yetirib. Bunun nəticəsidir ki, Ulu Öndərin hakimiyyəti illərində bir sıra şəhərlərdə və rayon mərkəzlərində yeni kitabxana binaları tikilib, respublika kitabxana şəbəkəsinin sürətli inkişafı, kitabxanaçı kadrların hazırlanması sahəsində səmərəli tədbirlər həyata keçirilib, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bütün zəruri addımlar atılıb. Hazırda bu sahənin təkmilləşdirilməsi və zənginləşdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətinin əsas prioritetləri sırasında xüsusi yer tutur.

Uşaqların təqdimatında bilik mənbəyi olan kitaba həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, incəsənət nümayəndələri milli-mənəvi dəyərlərimizi ehtiva edən ifalar edib, musiqilər səsləndiriblər.

Sonda rayonda təşkil olunan mədəni kütləvi tədbirlərdə fəal iştirak edən bir qrup şəxs müvafiq Fəxri Fərmanla təltif olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Aprel 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri