Icma.az
close
up
RU
Ağstafada ümumrayon tədbiri keçirildi FOTOLAR

Ağstafada ümumrayon tədbiri keçirildi FOTOLAR

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasını təcəssüm etdirən 2025-ci il münasibəti ilə Ağstafa Rayon İcra Hakimiyyəti başçısının Sərəncamına əsasən təsdiq edilmiş “Tədbirlər Planı” müxtəlif ictimai-mədəni tədbirlər, bilik və idman yarışları, genişmiqyaslı ağacəkmə aksiyalarının təşkil olunması ilə uğurla icra olundu.

"Unikal" xəbər verir ki, Tədbirlər Planının icrasının yekunu ilə əlaqədar Ağstafa rayon Heydər Əliyev Mərkəzində keçirilən ümumrayon tədbirində RİH başçısı Seymur Orucov, rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Sonra 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ağstafa rayonunda keçirilən silsilə tədbirlərə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbiri giriş nitqi ilə açan RİH başçısı qeyd edib ki, müasir müstəqil Azərbaycanın tarixinə xalqımızın və dövlətimizin Konstitusiya və suverenlik prinsiplərinə, ölkəmizin öz milli dəyərlərinə sadiqliyinin təntənəsi olan “Konstitusiya və Suverenlik İli” rayon ərazisində əhalinin hüquqi maarifləndirilməsinin təşviqi və dövlətçilik ideallarının təbliği baxımından müstəsna rol oynadı. Ölkəmizin müstəqilliyini, hüquqi dövlət quruculuğunu və milli suverenliyinin tam bərqərar olunmasına hesablanmış ulu öndər Heydər Əliyevin müdrik siyasətini qətiyyətlə davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev reallığa çevirdi. Bu gün şanlı üçrəngli bayrağımız bütün ərazilərimizdə əzəmətlə dalğalanır. Artıq heç bir qüvvə tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın müstəqilliyinə və suverenliyinə təhdid yarada bilməz.

Digər natiqlər, Ağstafa rayon prokuroru Anar Cəfərov, Ağstafa Rayon Məhkəməsinin sədri Natiq Abbasov, mədəniyyət işçisi Oruc Mansırov mövzuya dair məruzələrlə çıxış ediblər. Qeyd olunub ki, Konstitusiyanın qəbul edilməsinin 30 illiyi və dövlət suverenliyimizin tam bərpası şərəfinə Azərbaycan Respublikası Prezidenti tərəfindən elan edilmiş “Konstitusiya və Suverenlik İli”ndə həm də şanlı Zəfərimizin 5 illiyini qeyd etmək olduqca qürurvericidir.

Vətən müharibəsi şəhidimiz Emin Əmrəhovun qızı Zərda Əmrahova, rayonun ümumtəhsil məktəblərindən müəllim və şagirdlər Azərbaycan Respublikasının Konstitusiyasında yer alan bəzi maddələri diqqətə çatdırıblar.

Ağstafalı müəllimlərin iştirakı ilə “Suverenlik zirvəsi” adlı intellektual bilik yarışının, uşaq, yeniyetmə və gənclər arasında “Aşıq sənəti” adlı müsabiqənin, Tədbirlər Planına uyğun olaraq keçirilən ictimai-mədəni tədbirlərdə fəal iştirak edən Ağstafa şəhər Musiqi məktəbinin müəllim və şagirdləri, eləcə də rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxs Ağstafa RİH-in Fəxri Fərman və hədiyyələri ilə təltif olunublar.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://unikal.az
archiveBu xəbər 16 Dekabr 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri