Icma.az
close
up
RU
Ağstafada Nəvai Mətinin 60 illik yubileyi qeyd olundu FOTOLAR

Ağstafada Nəvai Mətinin 60 illik yubileyi qeyd olundu FOTOLAR

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ağstafa rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının üzvü, Uluslararası Aktivist Sanatçılar Birliyi Azərbaycan və orta Asiya üzrə təmsilçisi Beynəlxalq Sülh Rəssamı Nəvai Mətinin 60 illik yubiley tədbiri təşkil olunub.

"Unikal" xəbər verir ki, yubiley tədbirində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Oruvov, məsul şəxslər, rəssamın yaxın dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Mərkəzin foyesində rəssamın müəllifi olduğu kitab və rəsm əsərlərindən ibarət sərgini tədbir iştirakçıları böyük rəğbətlə qarşılayıblar.

Yubiley tədbiri Nəvai Mətinin həyat və fəaliyyətinə həsr olunan “Könül dəftərim” adlı sənədli filminin nümayişə ilə başlayaıb.

RİH başçısı, BDU-nun Qazax filialının professoru Hüseyn Xəlilov,  yubliyarın dostu, Azərbaycan Memarlar İttifaqının üzvü Sənan Mustafayev, İqtisadiyyat üzrə elmlər doktoru Arzuman Muradlı, şair Rəfail İncəyurd, tanınmış rəssam Şaiq Məmmədov, şair İbrahim İlyaslı, mədəniyyət işçisi Oruc Mansırov çıxış edərək Nəvai Mətini 60 illik yubileyi münasibəti ilə təbrik ediblər. Qeyd olunub ki, yubilyar çoxlu sayda sənət əsərinin ərsəyə gəlməsində böyük zəhmət və bacarıq nümayiş etdirən istedadlı rəssamlarımızdandır. Onun tanınmış şəxslərə, məşhur insanlara, toponimlərinə həsr etdiyi əsərlərə tamaşa etdikcə insanın ruhu dincəlir. Fərdi və qarışıq sərgilərin iştirakçısıdır və əsərləri sərgilərdə uğurla nümayiş olunur. Bir çox kitabların rəssam tərtibatının müəllifidir. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2013-cü ildə Türkiyənin İzmir şəhərində yerləşən Uluslararası Aktivist Sənətçilər Birliyinin Azərbaycan Təmsilçisi və Rəsm Komitəsinin başkanı seçilib. O, Azərbaycan mədəniyyətinin eləcə də Türk dünyasının sənət incilərini və sənətkarların dünyaya tanıdılmasında gərgin, yorulmaz fəaliyyətini uğurla davam etdirir.

Seymur Orucov Nəvai Mətini 60 illik yubileyi münasibəti ilə Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərman və hədiyyəsini təqdim edib. RİH başçısı, o cümlədən Ağstafa rayonunun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsi də müvafiq Fəxri Fərmanlarla təltif edib. Həmçinin Rəssama ithaf olunan sənədli filmin yaradıcı heyəti Seymur Orucov və yubilyara xatirə hədiyyələri təqdim ediblər.

Aşıq Osman və Samir Cəlaloğlunun ifa etdikləri saz havaları da tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, Nəvai Məmməd oğlu İbrahimov 1965-ci il iyul ayının 3-də Ağstafanın Qarayazı qəsəbəsində dünyaya göz açıb. 1972-1982-ci illərdə Zəlimxan kəndində orta, 1982-1989-cu illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bədii qrafika fakültəsində ali təhsillərini alıb. 1989-cu ildən əsərləri müntəzəm olaraq dövrü mətbuatda nümayiş olunur.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 Dekabr 2025 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see277

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see152

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see146

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see145

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see142

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri