Icma.az
close
up
RU
Ağstafada Novruz bayramı qeyd olundu FOTOLAR

Ağstafada Novruz bayramı qeyd olundu FOTOLAR

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün İlaxır çərşənbədir. İlin sonuncu Torpaq çərşənbəsi, həm də baharın, yeni başlanğıcın müjdəsidir. Bu münasibətlə Ağstafa şəhəri, Heydər Əliyev adına istirahət parkında təşkil olunan ümumrayon bayram tədbirində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Globalinfo.az xəbər verir ki, əvvəlcə parkın ərazisində qədim maddi-mədəni irsimizi ifadə edən eksponatlara, yerli özfəaliyyət dərnəklərinin üzvlərinin dövlətçiliyə, milli dəyərlərə həsr etdikləri rəsm və əl işlərindən ibarət sərgilərə, uşaqların, məktəblilərin və incəsənət nümayəndələrinin təqdimatında çoxəsrlik Novruz adət ənənələrimizi ehtiva edən Bahar qız, Keçəl, Kosa personajlarının iştirakı ilə milli rəqs, aşıq sənəti və digər folklor nümunələrindən ibarət ədəbi-bədii kompozisiyalara, dama, güləş, qol güləşi, əlbəyaxa döyüş üzrə idman klublarının nümunəvi çıxışlarına tamaşa olunub.

Milli birlik və suverenliyimizin əsas atributlarından olan Dövlət Himnimizin sədalarından sonra, ağstafalılar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirələrini qürurla anıblar.

Ümumrayon tədbirini bayram səhnəsindən açıq elan edən RİH başçısı hər kəsi təbrik edərək bildirib ki, Novruz Bayramı, insanlaın bir-birinə qayğı və hörmətlə yanaşmasını təşviq edir, gəlişi ilə evlərə, ailələrə şadlıq və sevinc gətirir. Artıq neçə ildir ki, qalib xalqımız bu bayramı yüksək əhval-ruhiyyə, ürək sevinci və qəlb fərəhi ilə qarşılayır. Bu gün bayram tonqallarımız suveren Azərbaycanımızın hər nöqtəsində, o cümlədən doğma Qarabağmızda da şölə saçır. Azad olunmuş torpaqlarımıza, əzəli baba yurdlarına qayıdan əhalimiz doğma evlərində bayramlarını qürur hissi ilə qeyd edirlər. Hər kəsə məlumdur ki, Ümummilli Lider Heydər Əliyevin xalqımızın firəvanlığı, ölkəmizin tərəqqisi naminə müyyənləşdirdiyi siyasətin üst pillələrində, insanların sosial rifahının yüksəldilməsi məqsədi ilə ölkəmizin hər bölgəsinin abadlaşdırılması, müasir sosial və digər infrastrukturların sistemli şəkildə tətbiqi, eyni zamanda, tarixi və memarlıq abidələrinin qorunması yer alır. Bütün sahələrdə Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi xalqımızın tarixini, mədəniyyətini, həyat tərzini, milli-mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından yüksək əhəmiyyətlər kəsb edir.

Ümumrayon tədbiri mədəniyyət və incəsənət nümayəndələrinin Novruza həsr etdikləri geniş bayram konserti ilə davam etdirilib. Rayonun idman sahəsində fərqlənən yeniyetmə və gənclər Ağstafa RİH-in Fəxri Fərman və hədiyyələri ilə təltif olunublar.

Sonda Seymur Orucov şəhidlərimizn valideynləri ilə bayram tonqalını alovlandırıb, tonqal ətrafında həmrəylik, sevinc və birliyi simvolizə edən qədim yallı rəqsi oynanılıb.

Həmçinin ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq “Dilbaz Atçılıq Kompleksi” MMC-nin komanda üzvlərinin iştirakı ilə keçirilən Çövkən milli atüstü oyunu maraqla qarşılanıb. Oyundan sonra Ağstafa rayonunu müxtəlif turnirlərdə layiqincə təmsil edən komandanın üzvlərinə xalqımızın minilliklər boyu qoruyub saxladığı atçılıq ənənələrinin yaşadılmasına və gənc nəslə çatdırılmasına dəstək olduqlarına görə minnətdarlıq edilib.

Qeyd olunub ki, ölkəmizin hər yerində, o cümlədən Ağstafa rayonunda turizmin inkişafına yüksək töhfə verən atçılıq sahəsi dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunur.









Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Mart 2026 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri