Icma.az
close
up
RU
Ağstafada “Qərbi Azərbaycan qədim yurd” mövzusunda tədbir keçirilib

Ağstafada “Qərbi Azərbaycan qədim yurd” mövzusunda tədbir keçirilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 25 iyun, AZƏRTAC

“Dialoq və İnkişaf Naminə” İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında “Qərbi Azərbaycan-qədim yurd” layihəsi çərçivəsində ilk tədbirini keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda həyatlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Seymur Orucov bildirib ki, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev xalqımızın mədəni-tarixi irsi olan Qərbi Azərbaycan torpaqlarına - əzəli və əbədi dədə-baba yurduna qayıtmaq niyyətində qətiyyətlidir. Bu qayıdış haqq davamızın yeni səhifəsidir və bu səhifə müasir Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin əzmi və qətiyyəti ilə yazılacaqdır.

“Dialoq və İnkişaf Naminə” İctimai birliyinin sədri Çingiz Bayramov erməni millətçilərinin əsrlər boyu xalqımıza qarşı həyata keçirdikləri soyqırımı və deportasiya siyasətinin acı nəticələri barədə danışıb. Qeyd edilib ki, məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və deportasiya siyasəti nəticəsində xalqımız ağır məşəqqətlərlə üzləşib, soydaşlarımızın insan hüquqları kütləvi şəkildə pozulub. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq olub.

İctimai Birliyinin idarə heyətinin üzvü, layihənin eksperti Anar Əsədov çıxış edərək Azərbaycan xalqının tarixi yaddaşında və milli şüurunda əzəli yurd yerimiz olan Qərbi Azərbaycan torpaqlarının xatirəsinin hər zaman yaşadığını diqqətə çatdırıb. Vurğulayıb ki, tarixi-mədəni irsimiz olan Qərbi Azərbaycan torpaqları əzəli və əbədi dədə-baba yurdudur. Məhz ermənilərin Cənubi Qafqaza köçündən sonra kütləvi deportasiyalar, soyqırımları, şimaldan gələn təzyiqlər soydaşlarımızı bu yerlərdən didərgin salıb.

Sonra Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin müdiri Əziz Məsmalıyev və Dağ Kəsəmən kənd 2 nömrəli tam orta məktəbin direktoru Vüsal Həsənov çıxış ediblər. Qeyd olunub ki, Zəngəzur dəhlizi iqtisadi, konseptual və beynəlxalq əhəmiyyətə malikdir. Qərbi Azərbaycana qayıdış isə milli kimliyimizin, tarixi yaddaşımızın qorunması və ədalətin bərpası baxımından xüsusi önəm daşıyır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:361
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 İyun 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri