Icma.az
close
up
RU
“Qərbi Azərbaycan Qədim Yurd” layihəsinin yekun tədbiri Şəmkirdə keçirilib

“Qərbi Azərbaycan Qədim Yurd” layihəsinin yekun tədbiri Şəmkirdə keçirilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı 8 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyi tərəfindən həyata keçirilən “Qərbi Azərbaycan–Qədim Yurd” layihəsi çərçivəsində yekun tədbir təşkil olunub.

Bu barədə AZƏRTAC-a İctimai Birlikdən məlumat verilib.

Bildirilib ki, tədbir Şəmkir şəhərində yerləşən Əhməd Cavad adına rayon Mədəniyyət Mərkəzində təşkil edilib.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin sədri Çingiz Bayramov çıxış edərək layihənin məqsədləri, görülən işlər və əldə olunan nəticələr barədə məlumat verib. O bildirib ki, bu gün Qərbi azərbaycanlıların səsi beynəlxalq platformalarda eşidilməkdədir və bu nailiyyət Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, eləcə də xalqın birliyinin nəticəsidir.

“Qərbi Azərbaycan məsələsi yalnız tarixi keçmişimizə aid xatirə deyil, eyni zamanda gələcəyin çağırışıdır. Bu layihə vasitəsilə biz milli yaddaşımızı qoruyur və gələcək nəsillərə tarixi ədalətin bərpa olunacağına dair inam aşılayırıq”, – deyə Çingiz Bayramov vurğulayıb.

Tədbirdə layihənin eksperti, birliyin idarə heyətinin üzvü Anar Əsədov çıxış edərək bildirib ki, Qərbi Azərbaycandan zorla köçürülmüş soydaşlarımızın tarixi yurdlarına dinc yolla qayıdışı bu gün dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu kontekstdə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nın əhəmiyyəti xüsusi qeyd olunub.

“Bu məsələ yalnız tarixi ədalətin bərpası deyil, həm də milli kimliyimizin qorunması məsələsidir. Bu istiqamətdə dövlət orqanları ilə yanaşı, vətəndaş cəmiyyəti və xüsusilə gənclər birgə fəaliyyət göstərməlidir”, – deyə Anar Əsədov bildirib.

Daha sonra tədbirdə çıxış edən icmanın Şəmkir rayonu üzrə rəhbəri Altay Qafarov və Qərbi Azərbaycandan olan Rəfiqə Mürsəlova da xatirələrini bölüşərək, layihənin əhəmiyyətinə toxunublar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Avqust 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see295

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see219

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see216

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see209

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see198

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see146

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see140

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see136

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see133

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see132

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see131

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see129

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see128

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see126

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri