Icma.az
close
up
RU
Ağstafada Yeni il münasibətilə bayram şənliyi Fotolar

Ağstafada Yeni il münasibətilə bayram şənliyi Fotolar

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Heydər Əliyev Mərkəzində saat 12:00 və 15:00-da keçirilən bayram şənlikləri Ağstafa Rayon İcra Hakimiyyəti və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Ağstafa rayon şöbəsi ilə birgə təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, bayram tədbirində şəhid və qazi övladları, xüsusi qayğıya ehtiyacı olan, eləcə də ev şəraitində təhsil alan uşaqlar, məsul şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, millət vəkilləri Ülviyyə Ağayeva və Azər Əmiraslanov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin müşaviri Elşad Novruzov çıxış edərək uşaqları qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edib, onlara dövlətimiz tərəfindən göstərilən xüsusi diqqət və qayğıdan, Vətənə layiqli övlad kimi qayğısız böyümələri, hərtərəfli inkişaflarının təmin edilməsi istiqamətində görülən işlərdən bəhs ediblər.

Qeyd olunub ki, uşaqların hərtərəfli inkişafının təmin olunmasına yönəldilmiş dövlət uşaq siyasətinin əsası hər zaman sonsuz sevgi, minnətdarlıq və qürurla xatırladığımız müasir müstəqil Azərbaycanın qurucusu, əbədiyaşar lider Heydər Əliyevin adı ilə bağlıdır. Vətən və xalq üçün gərəkli vətəndaş kimi yetişmələrini hər zaman diqqətdə saxlayan Ümummilli Lider uşaqların ən böyük himayədarı, sevimlisi olub.

Əminliklə qeyd edirik ki, Ulu Öndərin yaratdığı və gələcək nəsillər üçün miras qoyduğu ənənələr Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə azərbaycanlı uşaqların taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Heydər Əliyev Fondu tərəfindən uşaqlara dövlət qayğısının gücləndirilməsi, onların rifah halının yaxşılaşdırılması ilə bağlı vacib proqramlar və layihələr reallaşdırılır.

Bakı Bələdiyyə Teatrının nümayiş etdirdiyi “Qış nağılı” tamaşası, Şaxta baba və Qar qız, eyni zamanda, digər nağıl qəhrəmanları personajlarının iştirakı ilə keçirilən müxtəlif əyləncəli proqramlar uşaqların böyük sevincinə səbəb olub.

Şənliklərdə iştirak edən 800 nəfər uşağa bayram hədiyyələri təqdim olunub.








Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 Dekabr 2024 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri